Ukrayna ordusu Rusiyanın Xəzər dənizində raketdaşıyan hərbi
gəmisini vurduğunu bildirib.
Ukrayna getdikcə Rusiyada daha uzaq hədəflərə zərbələr endirir.
Mayın 7-də həyata keçirilən hücumun gəmiyə nə dərəcədə ziyan
vurduğu bəlli deyil, məlumat hələlik, təsdiqlənməyib. Gəmi
Rusiyanın Xəzər donanmasının tərkibinə daxildir, bundan əvvəl
Ukrayna hədəflərinə qanadlı raketlərin buraxılması üçün istifadə
olunub.
Rusiya indilik, məlumatı şərh etməyib.
Moskvanın Ukraynaya
qarşı təcavüzkar müharibəsi dörd ildən çoxdur
davam edir. Ukrayna uzaqmənzilli silah arsenalını genişləndirib,
həm dron, həm də raket istehsalını artırıb.
Bu həftənin əvvəlində prezident Volodimir Zelenski deyib ki,
Ukraynanın yerli istehsalı olan azı iki “Flaminqo” raketi Rusiyanın
mərkəzində, sərhəddən təxminən 1200 kilometr məsafədə yerləşən
silah obyektinə atılıb.
Ukrayna dronları Rusiyanın Baltik dənizində neft ixracı
obyektlərini də hədəfə alıb.
Xəzər donanmasının əsas hissəsinin yerləşdiyi Mahaçqala limanı isə
Ukraynanın nəzarətində olan ərazilərdən təxminən 1300 kilometr
məsafədədir.
Qələbə paradına kimlər gedir
Bu arada Rusiya faşist Almaniyası üzərində qələbənin ildönümü
tədbirlərinə hazırlaşır. 9 May Qələbə Günü paradı bu il məhdud
şəkildə, hərbi texnikasız keçiriləcək.
Kremlin sözçüsü Dmitri Peskov təhlükəsizlik tədbirlərinin
gücləndirilməsi ilə bağlı xəbərlərin əhəmiyyətini kiçiltməyə
çalışıb. Onun sözlərinə görə, böyük bayramlar ərəfəsində əlavə
təhlükəsizlik tədbirləri həmişə görülür. Peskov bu il Ukraynadan
“terror təhlükəsi” səbəbindən əlavə tədbirlər görüldüyünü
bildirib.
Kreml bayram tədbirləri ilə əlaqədar mayın 8-dən Ukrayna ilə
atəşkəs təklif edib. Zelenski isə bu təklifi rədd edib, əvəzində
mayın 6-dan atəşkəs variantını irəli sürüb.
Qələbə Günü tədbirlərinə adətən çoxsaylı xarici rəsmilər və dövlət
başçıları qatılır. Vaxtilə Sovet İttifaqının tərkibində olmuş beş
Orta Asiya ölkəsinin prezidentləri də bu sırada olur.
Kremlin mayın 7-də açıqladığı qonaq siyahısında Belarus rəhbəri
Aleksandr Lukaşenko və Slovakiyanın baş naziri Robert Fitso da
var.
Rusiya Xarici İşlər Nazirliyi Kiyevə və oradakı diplomatik
missiyalara sərt xəbərdarlıq edib. Bildirilib ki, Ukrayna 9 May
tədbirlərini pozmağa çalışarsa, Ukrayna paytaxtına zərbə endirilə
bilər.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın mayın 7-də Rusiyadakı hədəflərə
təxminən 200 dron buraxdığını açıqlayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.