Ağ ev Hörmüz boğazından gəmiləri keçirməyə fasilə verib və İrana
qarşı hərbi əməliyyatların əsas mərhələsinin başa çatdığını
bildirib.
Gərginlik azalırmı, yoxsa bu, növbəti mərhələdən öncə taktiki
fasilədir?
AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğlu Corc Buş
administrasiyasında prezidentin xüsusi köməkçisi olmuş Barri Pavel
ilə bu suallar ətrafında söhbət edib.
B.Pavel münaqişənin sona çatdığına ümid etdiyini bildirir. Onun
ehtimalına görə, prezident Donald Tramp yüksək intensivlikli hərbi
əməliyyatları yenidən başlatmaq istəmir. Amma masadakı məsələlərin
birdəfəlik həlli də asan görünmür.
Dövlət katibi Marko Rubio "Epik Qəzəb" əməliyyatının əsas
mərhələsinin yekunlaşdığını bəyan edib. Təhlilçinin fikrincə,
dövlət katibi əməliyyatın ilkin formatda başa çatdığını nəzərdə
tutur:
"Amma bu, hərbi əməliyyatların tamamilə
dayandırılması demək deyil. Əgər İran gəmilərə hücum etsə və ya
Vaşinqtonun tələblərinə əməl etməsə, ABŞ müxtəlif hərbi vasitələrə
əl ata bilər".
Dünya düzəni necə dəyişir
"Bu münaqişə Yaxın Şərqdə güc balansını artıq dəyişib,
yoxsa biz uzunmüddətli geosiyasi dəyişikliklərin ilkin mərhələsini
müşahidə edirik" sualına cavabında B.Pavel vurğulayıb
ki, baş verənlər beynəlxalq düzəndə illərlə davam edən yenidənqurma
prosesinin bir hissəsidir: "5-10 il əvvəl alışdığımız dünya ilə
gələcək nizam arasındakı keçid hələ bir müddət davam edəcək. Bu
transformasiya bütün regionlara, böyük dövlətlər arasındakı
münasibətlərə ciddi təsir göstərir. Yaxın Şərqdə artıq bu
dəyişiklikləri görürük. Məsələn, BƏƏ həm raketdən müdafiə
sahəsində, həm də iqtisadi-diplomatik müstəvidə ABŞ və İsraillə
əməkdaşlığı dərinləşdirir, əlaqələrini daha da genişləndirir.
BƏƏ-nin OPEC-dən çıxdığını rəsmən elan etməsi Körfəz Əməkdaşlıq
Şurasının (KƏŞ) əvvəlki monolit birliyini sual altına qoyur.
Görünən odur ki, Əbu-Dabinin bütün məsələlərdə regional konsensusu
avtomatik dəstəklədiyi dövr artıq geridə qalır".
Mümkün post-müharibə ssenariləri
B.Pavel həmkarı Cef Çimmino ilə birlikdə müharibədən sonrakı dövr
üçün dörd mümkün ssenari hazırlayıb. Əsasən ABŞ-Çin münasibətlərinə
fokuslanan bu ssenarilərə
görə, hazırda "ABŞ üstünlüyünün idarə
olunan aşınması" baş verir. Vaşinqton hazırda məhdud rol oynayaraq
tammiqyaslı eskalasiyadan qaçır, Çin isə nisbətən passiv mövqe
sərgiləyir və İrana açıq dəstək verməkdən çəkinir.
B.Pavel Çinin gələcəkdə daha fəal rol alacağı qənaətindədir:
"Ümumilikdə, mövcud durumdan heç bir tərəf daha güclü
çıxmır, amma hər kəs müəyyən dərslər götürür. Çin və Rusiyanın
aldığı ilk dərslərdən biri odur ki, ABŞ ordusu əməliyyat baxımından
son dərəcə effektivdir – qısa müddətdə on minlərlə hədəfə zərbə
endirə bilir. Bununla belə, həmin əməliyyatların siyasi nəticələri
baxımından strateji məhdudiyyətlərin olduğu da aşkar
görünür".
Qarşıdakı günlərdə vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyinə
gəlincə, təhlilçi tərəflərin hərbi əməliyyatları bərpa
edib-etməyəcəyini əsas göstərici sayır:
"İran artıq
BƏƏ-yə raket zərbələri endirərək dağıntılar törədib; bu cür növbəti
addımlar mühüm siqnallar olacaq. Bundan əlavə, ABŞ-nin gizli
fəaliyyətini, danışıqların gedişatını və tərəflərin öz məqsədlərinə
çatıb-çatmadıqları barədə fikirlərini də diqqətdə saxlamalıyıq...
Münaqişə, başda dəniz məsələləri olmaqla, digər həllini tapmamış
problemlər üzündən "dondurulmuş" hala gələ
bilər".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.