"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) yenidən təşkil
ediləcək.
Bununla bağlı Prezident İlham Əliyev bu gün, mayın 7-də fərman
imzalayıb.
Fərmana əsasən, “BakuBus” və “Bakı Taksi Xidməti” Məhdud
Məsuliyyətli Cəmiyyətləri “Bakı Metropoliteni” QSC-nin tərkibinə
birləşdirilir.
Fərmana görə, "Bakı Metropoliteni" QSC ictimai nəqliyyatda
sərnişindaşmanın keyfiyyətini və təhlükəsizliyini yüksəltməlidir.
Xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üçün yeni,
rəqəmsal həllər tətbiq
etməlidir. Həmçinin bu sahəni vahid
mərkəzdən idarə etməli və əlaqələndirməlidir.
QSC-nin fəaliyyətinə ümumi rəhbərlik və nəzarət üçün sədr daxil
olmaqla, beş üzvdən ibarət Müşahidə Şurası yaradılır.
"Bakı Taksi Xidməti" 2015-ci ildə Nəqliyyat Nazirliyinin, "BakuBus"
isə 2014-cü ildə Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində
yaradılıb.
Xatırlatma
Son illərdə taksi fəaliyyəti sahəsində qəbul edilmiş qərarlar və
qanunvericilik dəyişiklikləri, rəsmi olaraq, xidmətin keyfiyyətinin
artırılması məqsədi daşıyıb. Lakin nəticədə taksilərin sayında
azalma və qiymət artımı müşahidə olunub. Müstəqil iqtisadçılar bu
prosesi taksi xidmətinin inhisara alınması kimi
dəyərləndiriblər.
Ötən il oktyabrın 1-də metro və bəzi marşrutlarda gediş haqqı 60
qəpiyə qaldırılıb. Halbuki, metro və bir sıra marşrutlarda gediş
haqqı ondan bir il əvvəl də 10 qəpik artırılmışdı. Bəzi müstəqil
ekspertlər hesab edir ki, hökumət bu fərmandan sonra yenidən qiymət
artımına gedə bilər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.