1937-ci ildə siyasi repressiya qurbanlarından olmuş Cabbar
Fərəcovun oğlu Mahmud Fərəciyev (Makhmud Faradzhiev) Azərbaycan
hökumətindən ailəsinə dəymiş maddi
və mənəvi zərərə görə bir milyon manat kompensasiya ödənilməsini
tələb edir. O bu tələblə məhkəmədə iddia qaldırıb.
1876-cı il doğumlu C.Fərəcov 1937-ci ildə "antisovet fəaliyyətinə
görə" həbs olunub, ardından 35 yaşlı həyat yoldaşı Şükufə və 4
yaşlı oğlu
Sadıxla birlikdə Qazaxıstanın Cambul vilayətinə sürgün
edilib.
Ailə sürgünədək Zəngilan rayonunun Qıraq Müşlan kəndində yaşasa da,
C.Fərəcovun başına gələnlərdən sonra ev və əşyaları aktlaşdırılaraq
müsadirə olunub.
M.Fərəciyev 1952-ci ildə Qazaxıstanda doğulub.
Üstündən uzun illər keçəndən sonra - 1989-cu ildə Azərbaycan SSR
Daxili İşlər Nazirliyinin rəyi ilə C.Fərəcov və ailəsinin sürgün
olunmasıyla bağlı qərar qanunazidd sayılaraq ləğv edilib. Bu rəy
əsasında C.Fərəcov və ailə üzvləri, o cümlədən məhkəmədə iddiaçı
olan M.Fərəciyev də sürgündə doğulduğundan "siyasi repressiya
qurbanı" kimi tanınıb.
74 yaşlı Fərəciyev siyasi repressiyalar üzündən ailəsinin itirdiyi
mülki və əmlak hüquqlarının bərpasıyla, ailəsinin tarixi vətəni
olan Azərbaycana qayıtmaq və burada yaşamaqdan ötrü ölkənin
vətəndaşlığını da almaq istəyir.
"Qanunsuz siyasi repressiyalar nəticəsində mən
doğulandan hüquq və azadlıqlarım məhdudlaşıb. Doğma vətənimdə
yaşamaqdan məhrum olmuşam", - o, ərizəsində belə
yazıb.
Fərəciyev 1996-cı ildə Azərbaycanda qəbul edilmiş "Siyasi
repressiya qurbanlarının reabilitasiyası haqqında" qanuna
əsaslanıb. Həmin qanuna görə, sürgün yerlərində doğulan uşaqlar
reabilitasiya edilmiş şəxs və ya repressiyalardan zərərçəkmiş
sayılır.
"Dövlət pozuntulara görə... maddi kompensasiya öhdəliyi
götürməyib"
Məhkəməyə müraciətdə dövlətin maliyyə öhdəliklərinə, maliyyə
siyasətinə nəzarət edən Maliyyə Nazirliyi cavabdeh göstərilib. Di
gəl, Maliyyə Nazirliyinin nümayəndəsi M.Fərəciyevin iddiasına
etiraz təqdim edib. Etirazda göstərilib ki, onun istinad etdiyi
qanunun 9-cu maddəsində bəraət almış şəxslərin hüquqlarının bərpası
ilə bağlı müddəa yer alsa da, bununla əlaqədar kompensasiya və ya
dövlət büdcəsinin üzərinə öhdəlik qoyulması müşahidə olunmayıb.
"İş materialları əsasında sübut olunur ki, Maliyyə
Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını
pozan, mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir
qanunsuz hərəkətə yol verilməyib. Onunla mənəvi zərər arasında
səbəbli əlaqə mövcud deyil", - nazirliyin etirazında
vurğulanıb.
Nəsimi rayon Məhkəməsi bugünlərdə M.Fərəciyevin iddiasını rədd
edib. Hakim qərarını əsaslandırarkən vurğulayıb ki, "Siyasi
repressiya qurbanlarına bəraət verilməsi haqqında" qanunla
Azərbaycan keçmişdə baş vermiş repressiyaları hüquqazidd hesab
edib, zərərçəkmişlərin hüquqi statusunun bərpası - bəraəti təmin
olunub. Lakin dövlət pozuntulara görə ümumi və avtomatik maddi
kompensasiya öhdəliyi götürməyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.