İran Cənubi Koreya gəmisilə bağlı insidentdə iştirakını inkar edir
İran Hörmüz boğazında Cənubi Koreya gəmisinin zədələnməsi ilə nəticələnən insidentdə əli olduğunu təkzib edib. Bu barədə ölkənin Seuldakı səfirliyinin yaydığı bəyanatda bildirilir.

Səfirlik vurğulayıb ki, Hörmüz boğazından təhlükəsiz keçid "İran İslam Respublikasının səlahiyyətli qurumları ilə əlaqələndirilməlidir", əks halda, "xoşagəlməz hadisələr yaşana bilər".

Mayın 4-də Hörmüz boğazında Cənubi Koreya operatoruna məxsus "HMM Namu" yük gəmisində partlayış və yanğın baş verib.

Cənubi Koreya prezidentinin milli təhlükəsizlik müşaviri bildirib ki, partlayış və yanğına hücumun, yoxsa texniki nasazlığın səbəb olduğu hələ dəqiq məlum deyil. Onun sözlərinə görə, yanğın mühərrik bölməsində
başlayıb, göyərtədəki 24 ekipaj üzvündən xəsarət alan olmayıb.

ABŞ insidentə görə İranı günahlandırıb. Prezident Donald Tramp İranın gəmiyə atəş açdığını bildirib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google