Gürcüstanda qeyri-qanuni miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 45 əcnəbi saxlanılıb
Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində ölkə üzrə xüsusi immiqrasiya nəzarət tədbirləri həyata keçiriblər.

Kompleks əməliyyatlar nəticəsində ümumilikdə 45 qeyri-qanuni miqrant saxlanılıb. Onlar arasında Keniya, Türkmənistan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Rusiya, Qazaxıstan, Pakistan, Əlcəzair, Tailand, Uqanda, Hindistan, Banqladeş, Tanzaniya, Efiopiya, Nigeriya və Sudan vətəndaşları var.

Xüsusi immiqrasiya nəzarəti çərçivəsində müxtəlif ünvanlarda və obyektlərdə yoxlamalar
aparılıb. Məqsəd Gürcüstanda qanuni əsas olmadan qalan xarici vətəndaşların aşkar olunması olub.

Müəyyən edilib ki, saxlanılan şəxslər “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Gürcüstan qanununun tələblərini pozaraq ölkədə qalırmışlar.

Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti saxlama mərkəzində yerləşdiriliblər. Onların ölkədən deportasiyası üçün müvafiq prosedurlar davam etdirilir.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google