Acarıstan və Quriya bölgələrində külli miqdarda narkotik vasitələrlə bağlı 9 nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan və Quriya polis departamentlərinin əməkdaşları müxtəlif vaxtlarda külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması, saxlanılmasına cəhd və satışın təşviqi ittihamı ilə 9 nəfəri həbs ediblər.

Saxlanılan şəxslər arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.

Hüquq-mühafizə orqanları Acarıstan bölgəsində şübhəlilərin şəxsi əşyalarına, yaşayış evlərinə və avtomobillərinə baxış keçiriblər. Həmçinin müxtəlif
yerlərdən maddi sübut kimi külli miqdarda müxtəlif növ narkotik vasitələr götürülüb. Onların arasında 140 bağlama “metadon”, “mefedron” və “alfa-PVP” aşkarlanıb.

Polis həmçinin narkotiklərin qablaşdırılması üçün istifadə olunan materialları da müsadirə edib.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-260, 260 və 260-cı prim maddələri ilə aparılır. Həmin maddələr 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google