Gürcüstan Prokurorluğunun həyata keçirdiyi əməliyyat-istintaq
tədbirləri nəticəsində 2024-cü ildə keçirilən aksiyalar zamanı
Zviad Maisaşvili, Levan Xabeişvili və Quram Roqava barəsində
törədilmiş zorakılıq faktları üzrə üç keçmiş və bir hazırkı xüsusi
təyinatlı, eləcə də Daxili İşlər Nazirliyinin Mühafizə Polisi
Departamentinin bir hazırkı əməkdaşı müəyyən edilərək
saxlanılıb.
Prokurorluğun məlumatına görə, 5 təqsirləndirilən şəxsdən 2-si
artıq başqa cinayət və inzibati
işlər üzrə həbsdədir, digər 3 nəfər
isə bu gün saxlanılıb.
Tbilisi Prokurorluğunun İstintaq İdarəsində bu işlərlə bağlı
minlərlə istintaq və prosessual hərəkət aparılıb. 550-dən çox şəxs
şahid qismində dindirilib.
Birinci epizod: 2024-cü il 30 noyabrda Rustaveli prospektində
Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin o
vaxtkı iki əməkdaşı Zviad Maisaşviliyə fiziki zor tətbiq edib.
Nəticədə o, huşunu itirib. Bu görüntülər ictimaiyyətə də
məlumdur.
İkinci epizod: 2024-cü il 30 aprel tarixində Rustaveli prospektində
keçirilən aksiya zamanı həmin departamentin o vaxtkı əməkdaşı
(hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi əməliyyatlar
bölməsində şöbə rəisi vəzifəsində çalışan) və daha bir əməkdaş
Levan Xabeişviliyə qarşı zorakılıq törədib.
Üçüncü epizod: 2024-cü il 29 noyabrda Rustaveli prospektində
keçirilən aksiya zamanı Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşı
jurnalist Quram Roqavaya fiziki zor tətbiq edib. O, həmin vaxt peşə
fəaliyyətini yerinə yetirirdi.
Beş saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 333-cü
maddəsinin 3-cü hissəsinin “b” bəndi ilə ittiham irəli sürüləcək.
Bu, vəzifə səlahiyyətlərini zor tətbiq etməklə aşmağı nəzərdə
tutur. Quram Roqava ilə bağlı epizod üzrə saxlanılan şəxsə əlavə
olaraq 154-cü maddənin 2-ci hissəsi ilə də ittiham verilib. Həmin
maddə jurnalistin peşə fəaliyyətinə zorakılıqla qanunsuz müdaxiləni
nəzərdə tutur.
Prokurorluğun açıqlamasına görə, bu ittihamlar 5 ildən 8 ilədək
azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Qurum məhkəməyə bütün
təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin
seçilməsi ilə bağlı vəsatət təqdim edəcək.
Prokurorluq digər hüquq-mühafizə orqanları ilə koordinasiyada həm
bu, həm də digər mümkün zorakılıq faktları üzrə istintaqı davam
etdirir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.