Gürcüstanın Daxili İşlər naziri Sulxan Tamazaşvili Türkiyənin
Gürcüstandakı fövqəladə və səlahiyyətli
səfiri Mustafa Türker Arıs ilə tanışlıq xarakterli görüş
keçirib.
Nazir səfirə Gürcüstanda diplomatik fəaliyyətə başlaması
münasibətilə təbriklərini çatdırıb və ona fəaliyyətində uğurlar
arzulayıb.
Görüş zamanı tərəflər iki ölkə arasında mövcud strateji
tərəfdaşlığa xüsusi diqqət çəkiblər. Həmçinin təcrübə və ən yaxşı
praktikaların bölüşülməsinin vacibliyi vurğulanıb.
Tərəflər arasında polis əməkdaşlığının əhəmiyyəti də müzakirə
olunub. Qeyd edilib ki, bu əməkdaşlıq
polis attaşelərinin iştirakı,
cinayətlə bağlı məlumatların fasiləsiz mübadiləsi və işgüzar
səfərlərin mütəmadi təşkili ilə uğurla həyata keçirilir.
Sulxan Tamazaşvili Mustafa Türker Arıs’a səmərəli əməkdaşlığa görə
təşəkkür edib və Gürcüstan tərəfinin Türkiyə ilə hüquq-mühafizə
sahəsində tərəfdaşlığın daha da gücləndirilməsi üçün işlərin fəal
şəkildə davam etdirilməsinə hazır olduğunu bir daha vurğulayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.