Kremlin Qələbə Günü münasibətilə elan etdiyi atəşkəs bir neçə
saatın içində pozulub.
Ukrayna və Rusiya yüzlərlə pozuntu haqqında məlumat yayıb.
Ukrayna prezidenti Volodimir Zelenski mayın 8-də səhər bildirib ki,
"cəbhədə atəşkəsə rəmzi cəhd belə olmadı". O, Rusiyanın artilleriya
atəşləri açdığını, cəbhə xətti boyunca hücum cəhdləri etdiyini və
dron zərbələri endirdiyini deyib.
Ukrayna Hərbi Hava Qüvvələri gecə ərzində Rusiyanın ölkəyə 67 dron
buraxdığını açıqlayıb. Dnepropetrovsk vilayətinin qubernatoru
Oleksandr Qanja bu strateji şərq bölgəsinin dronlar, artilleriya və
raketlərlə azı 30 dəfə vurulduğunu, üç nəfərin yaralandığını
bildirib.
Zelenski Ukraynanın zərbələrə "eyni şəkildə" cavab verəcəyini vəd
edib.
Rusiyaya dron hücumları: Neft emalı zavodları
hədəfdə
Mayın 8-nə keçən
gecə Rusiyanın bir neçə
vilayəti raket və dron hücumuna məruz qalıb. Rusiya Müdafiə
Nazirliyi bundan əvvəl mayın 8-dən 10-dək birtərəfli qaydada
atəşkəs elan etmişdi. Mayın 6-na keçən gecə isə Rusiya Ukrayna
prezidenti Volodimir Zelenskinin elan etdiyi "sükut rejimi"ni
pozmuşdu.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar bildirib ki, Taqanroqda
yanan PUA qalıqlarının düşməsi nəticəsində qaraj zədələnib, fərdi
evlərə ziyan dəyib. Cənub-Şərq sənaye zonasına düşən raket
anbarlarda yanğına səbəb olub, anbar binası çöküb.
Rostov sakinləri partlayış səsləri eşitdiklərini bildiriblər.
Sosial şəbəkələrdə yayılan video və fotolarda böyük yanğın görünür.
"Astra" nəşri yanğının Qərb Sənaye Qovşağı ərazisində baş
verdiyini, burada bir sıra müəssisələrin yerləşdiyini yazır.
Perm diyarında sənaye meydançalarına pilotsuz aparatların düşdüyü
açıqlanıb.
"Exilenova+" Telegram kanalının məlumatına görə, Permdəki
"Lukoyl-Permnefteorqsintez" (PNOS) neft emalı müəssisəsi hədəfə
alınıb.
Rusiyanın ilhaq etdiyi Krımda isə "Krasnoperekopsk" elektrik
yarımstansiyası vurulub. "Krımski veter" peyk görüntülərinə
istinadən yazır ki, hazırda yanğın davam edir. "Brom" ASC kimya
zavodunun ərazisində də yanğın qeydə alınıb.
"Astra" nəşri Yaroslavlda "Slavneft-YANOS" neft emalı zavodunun
yandığını yazır. Bu müəssisə "Rosneft" və "Qazprom"un
nəzarətindədir. Zavodun illik emal gücü təxminən 15 milyon ton neft
təşkil edir.
Rusiya Ukraynaya məxsus 264 pilotsuz aparatın vurulduğunu
açıqlayıb.
Zelenski bir görüntü yayaraq bunun Yaroslavldakı neft obyektindəki
yanğını göstərdiyini bildirib: "Bu obyekt Rusiyanın müharibəsinin
maliyyələşdirilməsində mühüm rol oynayırdı".
{{AUDIO}}
Ukrayna Xəzərdə Rusiya hərbi gəmisini vurduğunu
deyir
Ukrayna ordusu Rusiyanın Xəzər dənizində
raketdaşıyan hərbi gəmisini vurduğunu bildirib. Ukrayna getdikcə
Rusiyada daha uzaq hədəflərə zərbələr endirir.
Mayın 7-də həyata keçirilən hücumun gəmiyə nə dərəcədə ziyan
vurduğu bəlli deyil, məlumat hələlik, təsdiqlənməyib. Gəmi
Rusiyanın Xəzər donanmasının tərkibinə daxildir, bundan əvvəl
Ukrayna hədəflərinə qanadlı raketlərin buraxılması üçün istifadə
olunub.
Rusiya indilik, məlumatı şərh etməyib.
Moskvanın Ukraynaya qarşı təcavüzkar müharibəsi dörd ildən çoxdur
davam edir. Ukrayna uzaqmənzilli silah arsenalını genişləndirib,
həm dron, həm də raket istehsalını artırıb.
Bu həftənin əvvəlində prezident Volodimir Zelenski deyib ki,
Ukraynanın yerli istehsalı olan azı iki “Flaminqo” raketi Rusiyanın
mərkəzində, sərhəddən təxminən 1200 kilometr məsafədə yerləşən
silah obyektinə atılıb.
Ukrayna dronları Rusiyanın Baltik dənizində neft ixracı
obyektlərini də hədəfə alıb.
Xəzər donanmasının əsas hissəsinin yerləşdiyi Mahaçqala limanı isə
Ukraynanın nəzarətində olan ərazilərdən təxminən 1300 kilometr
məsafədədir.
Qələbə paradına kimlər gedir
Bu arada Rusiya
faşist Almaniyası üzərində qələbənin ildönümü tədbirlərinə
hazırlaşır. 9 May Qələbə Günü paradı bu il məhdud şəkildə, hərbi
texnikasız keçiriləcək.
Kremlin sözçüsü Dmitri Peskov təhlükəsizlik tədbirlərinin
gücləndirilməsi ilə bağlı xəbərlərin əhəmiyyətini kiçiltməyə
çalışıb. Onun sözlərinə görə, böyük bayramlar ərəfəsində əlavə
təhlükəsizlik tədbirləri həmişə görülür. Peskov bu il Ukraynadan
“terror təhlükəsi” səbəbindən əlavə tədbirlər görüldüyünü
bildirib.
Kreml bayram tədbirləri ilə əlaqədar mayın 8-dən Ukrayna ilə
atəşkəs təklif edib. Zelenski isə bu təklifi rədd edib, əvəzində
mayın 6-dan atəşkəs variantını irəli sürüb.
Qələbə Günü tədbirlərinə adətən çoxsaylı xarici rəsmilər və dövlət
başçıları qatılır. Vaxtilə Sovet İttifaqının tərkibində olmuş beş
Orta Asiya ölkəsinin prezidentləri də bu sırada olurdu.
Kremlin mayın 7-də açıqladığı qonaq siyahısında isə Belarus rəhbəri
Aleksandr Lukaşenko və Slovakiyanın baş naziri Robert Fitso da
var.
Rusiya Xarici İşlər Nazirliyi Kiyevə və oradakı diplomatik
missiyalara sərt xəbərdarlıq edib. Bildirilib ki, Ukrayna 9 May
tədbirlərini pozmağa çalışarsa, Ukrayna paytaxtına zərbə endirilə
bilər.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın mayın 7-də Rusiyadakı hədəflərə
təxminən 200 dron buraxdığını açıqlayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.