İranın Hörmüz boğazında ABŞ hərbi gəmilərinə raket, dron və sürətli
qayıqlarla hücumundan sonra ABŞ qüvvələri təhdidləri
zərərsizləşdirib
və İranın hərbi obyektlərinə zərbələr endirib. ABŞ Mərkəzi
Komandanlığı (CENTCOM) bu açıqlamanı mayın 7-də yayıb.
Məlumata görə, ABŞ-nin idarəolunan raketli esminesləri Hörmüz
boğazından Oman körfəzinə keçərkən İran tərəfinin "əsassız"
hücumlarına məruz qalıb. Bildirilir ki, Amerika gəmiləri
özünümüdafiə məqsədilə dərhal cavab
zərbələri endirib.
Vurğulanır ki, İran qüvvələri "USS Truxtun", "USS Rafael Peralta"
və "USS Mason" da daxil olmaqla, ABŞ-nin bir sıra hərbi gəmilərinə
doğru raketlər, dronlar və sürətli qayıqlar buraxıb. Rəsmi məlumata
görə, Amerika gəmilərinin heç birinə zərər dəyməyib.
CENTCOM-un bəyanatına əsasən, ABŞ qüvvələri hücuma cavab olaraq
İranın hərbi obyektlərini, o cümlədən raket və dron buraxılış
məntəqələrini, komanda-idarəetmə mərkəzlərini, habelə kəşfiyyat,
müşahidə və nəzarət qovşaqlarını hədəfə alıb.
Tramp atəşkəsin qüvvədə qaldığını deyir
ABŞ prezidenti Donald Tramp sonradan "ABC News" telekanalına
verdiyi açıqlamada İrana endirilən cavab zərbələrini sadəcə "yüngül
toxunuş" kimi qiymətləndirib. O, baş verən insidentə baxmayaraq,
aprelin 7-də elan edilmiş atəşkəsin hələ də qüvvədə olduğunu və
tərəflər arasında danışıqların davam etdiyini vurğulayıb.
Tramp sosial şəbəkə hesabındakı paylaşımında ABŞ gəmilərinə heç bir
zərər dəymədiyini, ancaq qarşı tərəfə məxsus çoxsaylı sürətli
qayıqlara ciddi ziyan vurulduğunu qeyd edib.
Onun sözlərinə görə, İranı
"dəli adamlar idarə edir və nüvə
silahına sahib olsaydılar, ondan tərəddüd etmədən istifadə
edərdilər... Biz bu gün onlara növbəti zərbəni endirdik. Əgər
sazişi TEZLİKLƏ imzalamasalar, gələcəkdə onları daha ağır və
şiddətli zərbələr gözləyir!".
Pentaqon bir gün əvvəl ABŞ qüvvələrinin İran limanlarına blokadanı
yarmağa cəhd göstərən İran bayraqlı gəmiyə zərbə endirdiyini
açıqlamışdı. Tehran bunu atəşkəs rejiminin pozulması kimi
qiymətləndirmişdi.
İran agentlikləri nə yazıb
İranın yarırəsmi "Fars" xəbər agentliyi Hörmüz boğazındakı Qeşm
adasında yerləşən Bəhmən limanının bəzi hissələrinin naməlum
mənbələrdən hücumlara məruz qaldığını bildirib.
SEPAH-a yaxın "Fars" agentliyinin məlumatına görə, "İran silahlı
qüvvələri ilə düşmən arasında atışma zamanı Bəhmən limanının
kommersiya bölmələri hədəfə alınıb".
Sahilboyu ərazilərin sakinləri də güclü partlayış səsləri
eşitdikləri barədə sosial şəbəkələrdə məlumat paylaşıblar. Qeşm
adasındakı şahidlərin bildirdiyinə görə, bölgədə ardıcıl
partlayışlar baş verib və dəniz üzərində parlaq işıq parıltıları
müşahidə olunub.
"Fars" atışma nəticəsində Qeşm adasındakı körpülərdən birinin
zədələndiyini iddia edib.
"Tasnim" isə Bəndər-Abbas liman şəhərində bir neçə güclü partlayış
səsinin eşidildiyi barədə məlumat yayıb.
Tramp daha əvvəl demişdi ki, Tehran rejimi Pakistanın vasitəçiliyi
ilə təqdim olunan ABŞ sülh sazişini qəbul etməsə, İran yeni
zərbələrə məruz qala bilər.
Tehran isə Vaşinqtonun təkliflərini nəzərdən keçirdiyini və rəsmi
cavabını pakistanlı vasitəçilərə təqdim edəcəyini bildirib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.