'Human Rights Watch': İran son altı həftədə azı 28 nəfəri edam edib
"Human Rights Watch" təşkilatı BMT üzvlərini İranda ölüm hökmünün tətbiqinin dayandırılması üçün tədbir görməyə çağırıb. Təşkilatın məlumatına görə, son altı həftə ərzində İranda azı 28 nəfər edam edilib.

Təşkilatın tədqiqatçısı Bahar Saba mayın 7-də gecə qurumun X hesabında yayımlanan videoda bildirib ki, edam edilənlərin çoxu ilin əvvəlində etiraz aksiyalarında iştirakda ittiham olunurdu. İqtisadi şəraitin pisləşməsinə qarşı
başlayan etirazlar sonradan hökumətə qarşı kütləvi aksiyalara çevrilib.


HRW bildirib ki, edam olunanların hamısının təməl hüquqları məhkəmələrdə pozulub. Onlardan etiraf ifadələrinin təzyiq və işgəncə yolu ilə alındığı bildirilir.

İranda yanvardakı genişmiqyaslı etiraz aksiyaları təhlükəsizlik qüvvələri tərəfindən amansızlıqla yatırılıb.

ABŞ-də yerləşən HRANA insan haqları monitorinq qrupu etirazçılara qarşı repressiyalarda təxminən 7 min nəfərin öldürüldüyünü təsdiqləyib. Çoxsaylı həbslər də həyata keçirilib.

İran dünyada ölüm hökmünün ən çox tətbiq olunduğu ölkələrdən biridir. İnsan haqları qurumları 2025-ci ildə ölkədə azı 1639 nəfərin, o cümlədən 48 qadının edam olunduğunu bildirir.

İnsan haqları müdafiəçiləri İran hakimiyyətini hökumət əleyhinə etiraz dalğalarından sonra cəmiyyətdə qorxu mühiti yaratmaq üçün ölüm hökmündən "repressiya aləti" kimi istifadə etməkdə günahlandırırlar.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google