İranda daha bir məhbus edam edilib
İran ədliyyəsi mayın 12-də səhər Əbdül Cəlil Şahbəxş adlı məhbusun edam edildiyini açıqlayıb.

Məhkəmə hakimiyyətinin rəsmi xəbər orqanı "Mizan" Şahbəxşi ""Ənsar əl-Furqan" qruplaşmasının təlim keçmiş terrorçusu" kimi təqdim edib.

Məlumata görə, ölkənin şərqində antiterror əməliyyatları zamanı saxlanılan Şahbəxşə cinayət işi açılıb. Ona "hüquq-mühafizə orqanlarının qərargahlarına silahlı hücumlar edərək üsyan qaldırmaq" və ""Ənsar əl-Furqan" üsyançı qrupuna üzvlük" ittihamları
irəli sürülüb və İnqilab Məhkəməsinə çıxarılıb.

"Mizan" yazır ki, ölüm hökmü "təqsirləndirilən şəxsin rabitə vasitələrindən və səs yazılarından əldə edilmiş təkzibolunmaz sübutlar, həmçinin onun istintaqın müxtəlif mərhələlərində verdiyi etiraflar" əsasında çıxarılıb.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google