Gürcüstanda işsizlik: Ən yüksək göstərici Tbilisi, ən aşağı isə Samtsxe-Cavaxetiyadadır
Gürcüstanda işsizlik səviyyəsi ən yüksək Tbilisidə, ən aşağı isə Samtsxe-Cavaxetidə qeydə alınıb. Bu barədə Gürcüstan Milli Statistika Xidməti – Sakstat
tərəfindən yayımlanan 2025-ci il hesabatında qeyd olunub.

Sənədə əsasən, paytaxtda işsizlik səviyyəsi 17.5 faiz təşkil edir, Samtsxe-Cavaxetidə isə bu göstərici 7 faizdir. Müqayisə üçün, 2024-cü ildə Tbilisidə işsizlik 14.9 faiz, Samtsxe-Cavaxetidə isə 7.7 faiz olmuşdu.

Ümumi göstəriciyə gəlincə, Sakstatın məlumatına görə, 2025-ci ildə Gürcüstanda işsizlik səviyyəsi əvvəlki illə müqayisədə dəyişməyərək 13.9 faiz olub.

Statistik məlumatlara əsasən, 2025-ci ildə əmək bazarında iştirak səviyyəsi ötən illə müqayisədə 0.3 faiz bəndi azalaraq 54.5 faiz təşkil edib. Məşğulluq səviyyəsi isə 0.2 faiz bəndi azalaraq 46.9 faiz olub.

Şəhər tipli yaşayış məntəqələrində əmək bazarında iştirak səviyyəsi 0.5 faiz bəndi azalıb, kənd yerlərində isə dəyişməyib. Məşğulluq səviyyəsi şəhərlərdə 1.2 faiz bəndi azalıb, kəndlərdə isə 1.1 faiz bəndi artaraq müvafiq olaraq 47.3 və 46.3 faiz təşkil edib.

2025-ci ildə muzdla çalışanların payı ümumi məşğul əhalinin 69.3 faizini təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 0.8 faiz bəndi çoxdur.

İşsizlik səviyyəsi şəhər tipli yaşayış məntəqələrində 1.3 faiz bəndi artıb, kənd yerlərində isə 2.1 faiz bəndi azalıb.

2025-ci ildə əvvəlki illə müqayisədə işsizlik səviyyəsi ən çox Raça-Leçxumi və Kvemo Svaneti, Kvemo Kartli və Quriya regionlarında azalıb. Azalma müvafiq olaraq 3.1, 2.9 və 2 faiz bəndi təşkil edib.

Sakstatın məlumatına görə, işsizlik səviyyəsi ənənəvi olaraq kişilər arasında qadınlarla müqayisədə daha yüksəkdir. 2025-ci ildə qadınlarda bu göstərici 0.2 faiz bəndi artıb, kişilərdə isə 0.3 faiz bəndi azalıb.

Əmək bazarında iştirak səviyyəsi də kişilərdə daha yüksəkdir. 2025-ci ildə bu göstərici qadınlarda 44.2 faiz, kişilərdə isə 66.3 faiz olub. Ötən illə müqayisədə qadınlarda iştirak səviyyəsi 0.7 faiz bəndi azalıb, kişilərdə isə 0.1 faiz bəndi artıb.

Məşğulluq səviyyəsi qadınlarda 0.7 faiz bəndi azalıb, kişilərdə isə 0.2 faiz bəndi artıb.

Milli Statistika Xidmətinin məlumatına görə, 2025-ci ildə işsizlik səviyyəsi ən yüksək 15-19 yaş qrupunda qeydə alınıb və 39 faiz təşkil edib. Ən aşağı göstərici isə 65 yaş və yuxarı əhali arasında müşahidə olunub — 3.5 faiz. Bunun əsas səbəbi həmin yaş qrupunda iqtisadi fəallığın aşağı olması ilə izah edilir.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google