Gürcüstanda dondurulmuş mal əti idxalı artıb.
Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, bu ilin
yanvar-mart aylarında ölkəyə 1 395 ton dondurulmuş mal əti idxal
olunub ki, bunun ümumi dəyəri 6.330 milyon ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövründə isə 1 129 ton məhsul idxal edilmişdi və
onun dəyəri 4.895 milyon dollar olub.
Statistikaya əsasən,
2026-cı ilin ilk 3 ayında Gürcüstana ən çox
dondurulmuş mal əti Braziliyadan gətirilib. Ümumi idxalın təxminən
79 faizi bu ölkənin payına düşür.
Gürcüstana ən çox dondurulmuş mal əti gətirilən ölkələr
- Braziliya — 1 097 ton (4.463 milyon ABŞ
dolları)
- Ukrayna — 194 ton (938.7 min ABŞ dolları)
- Litva — 60.3 ton (648.1 min ABŞ dolları)
- Argentina — 28 ton (91.7 min ABŞ dolları)
- Belarus — 8 ton (58.7 min ABŞ dolları)
Bu göstəricilərə əsasən, Gürcüstan üçün 1 kiloqram dondurulmuş mal
ətinin orta idxal qiyməti belə olub:
- Braziliya — 4 ABŞ dolları
- Ukrayna — 4.84 ABŞ dolları
- Litva — 10.75 ABŞ dolları
- Argentina — 3.28 ABŞ dolları
- Belarus — 7.34 ABŞ dolları
(Qeyd: qiymətlər orta göstərici əsasında, vergilər nəzərə alınmadan
hesablanıb.)
Xatırladaq ki, dünyada ətin qiyməti rekord həddə yüksəlib. BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə,
FAO-nun ət qiymətləri indeksi aprel ayında orta hesabla 129.4 bənd
təşkil edib. Bu göstərici mart ayı ilə müqayisədə 1.2 faiz, ötən
ilin eyni dövrü ilə müqayisədə isə 6.4 faiz daha yüksəkdir.
Qiymət artımı qoyun əti istisna olmaqla, bütün ət kateqoriyalarında
bahalaşmanı əks etdirir. Mal ətinin qiyməti isə yeni pik həddə
çatıb. Ekspertlərin fikrincə, buna Braziliyada kəsim üçün nəzərdə
tutulan iribuynuzlu heyvan ehtiyatının azalması və ixrac
qiymətlərinin artması səbəb olub.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.