Qətərin ikinci LNG tankeri Hörmüz boğazını keçib
Qətərin mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan ikinci tankeri İran və Pakistan arasında əldə olunmuş xüsusi razılaşma çərçivəsində Hörmüz boğazını uğurla keçib. Regionda münaqişə risklərinə baxmayaraq, enerji tədarükünün davam etdirilməsi istiqamətində atılan bu addımlar diqqət çəkir.

London Fond Birjası Qrupunun məlumatlarına görə, "Mihzem" gəmisi mayın 11-də Qətərin Ras Laffan terminalından yola düşüb və ertəsi gün strateji əhəmiyyətli
su yolunu arxada qoyaraq Pakistanın Qasım limanına istiqamətlənib.

Həftəsonu isə "Əl Xaraitiyat" tankeri artıq Hörmüz boğazından keçmişdi.

Məsələdən xəbərdar olan mənbə "Reuters" agentliyinə bildirib ki, İran həmin yüklərin Pakistana göndərilməsinə razılıq verib. Qeyd edək ki, Pakistan kəskin qaz çatışmazlığı ilə üz-üzədir. İslamabad hökumətlərarası saziş çərçivəsində Qətərdən LNG tədarükünün fasiləsizliyini təmin etmək üçün əlavə zəmanətlər əldə etməyə çalışır.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google