Pentaqon: İranla müharibənin dəyəri 29 milyard dollara çatıb
Pentaqon ABŞ-nin İranla müharibəsinin ümumi dəyərinin təxminən 29 milyard dollar olduğunu açıqlayıb. Bu rəqəm iki həftə əvvəl açıqlanandan 4 milyard dollar çoxdur.

Məlumat mayın 12-də Vaşinqtonda keçirilən büdcə dinləmələrində səsləndirilib.

Müdafiə naziri Pit Heqset bildirib ki, məbləğin artması yenilənmiş təmir və əməliyyat xərcləri ilə birbaşa bağlıdır. "Birləşmiş Qərargah komandası və maliyyə nəzarəti komandası bu hesablamanı davamlı olaraq yenidən nəzərdən keçirir", — o əlavə edib.

Müharibənin maliyyə yükünün getdikcə artması aralıq seçkilərə cəmi aylar qalmış prezident Donald Tramp administrasiyası və Respublikaçılar Partiyasına siyasi təzyiqlərin gücləndiyi bir dövrə təsadüf edir. Demokratlar ölkədə yaşayış xərclərinin yüksəlməsini müharibə ilə əlaqələndirirlər.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti
olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google