İran məhkəmə sistemi "İsrailə casusluq" ittihamı ilə Ehsan Əfrəştə
adlı şəxsi edam edib.
Məhkəmə hakimiyyətinin rəsmi orqanı olan "Mizan" agentliyi mayın
13-də səhər bu barədə məlumat yayıb.
Bildirilənə görə, "Mossad" Əfrəştəyə Nepalda təlim keçib və o,
həssas milli məlumatları İsrailə ötürüb. Onun hərbi quruma bağlı
bir şirkətdə kibermütəxəssis kimi çalışdığı qeyd edilsə də, ətraflı
detallar açıqlanmayıb.
"Mizan"ın iddiasına əsasən, "Mossad" zabitinin göstərişi ilə
Əfrəştə şirkət və əməkdaşları barədə müxtəlif məlumatları ötürməyə
cəhd edib. Bu məlumatlara əməkdaşların kimliyi, idarəetmə
iyerarxiyası, ətraflı təşkilati sxem və şirkətin missiyaları daxil
imiş.
"Mizan" Əfrəştənin nə vaxt həbs edildiyi, mühakimə olunduğu və
məhkəmə prosesinin gedişatı barədə heç bir məlumat verməyib.
İnsan haqları təşkilatlarının məlumatına görə, Əfrəştə 1993-cü ildə
doğulub. O, inşaat mühəndisliyi üzrə magistr təhsili alıb, şəbəkə
mütəxəssisi kimi çalışıb, 2024-cü ilin əvvəlində Türkiyədən
qayıtdıqdan sonra həbs edilib. HRANA insan haqları agentliyi isə
Əfrəştənin əslən İsfahandan olduğunu, əvvəllər Tehranda yaşadığını
bildirib.
12 may
İranda daha bir məhbus edam edilib
İran ədliyyəsi mayın 12-də səhər Əbdül Cəlil Şahbəxş adlı məhbusun
edam edildiyini açıqlayıb.
Məhkəmə hakimiyyətinin rəsmi xəbər orqanı "Mizan" Şahbəxşi ""Ənsar
əl-Furqan" qruplaşmasının təlim keçmiş terrorçusu" kimi təqdim
edib.
Məlumata görə, ölkənin şərqində antiterror əməliyyatları zamanı
saxlanılan Şahbəxşə cinayət işi açılıb. Ona "hüquq-mühafizə
orqanlarının qərargahlarına silahlı hücumlar edərək üsyan
qaldırmaq" və ""Ənsar əl-Furqan" üsyançı qrupuna üzvlük"
ittihamları irəli sürülüb və İnqilab Məhkəməsinə çıxarılıb.
"Mizan" yazır ki, ölüm hökmü "təqsirləndirilən şəxsin rabitə
vasitələrindən və səs yazılarından əldə edilmiş təkzibolunmaz
sübutlar, həmçinin onun istintaqın müxtəlif mərhələlərində verdiyi
etiraflar" əsasında çıxarılıb.
11 may
İranda casusluqda ittiham olunan şəxs edam edilib
İran ABŞ və İsrailin xeyrinə casusluqda ittiham olunan bir şəxsi
edam edib. Bu barədə məhkəmə hakimiyyətinin rəsmi “Mizan” xəbər
orqanı məlumat yayıb.
“Mizan” həmin şəxsin peyk fəaliyyəti ilə məşğul olan elmi qurumda
çalışan 29 yaşlı İrfan Şəkurzadə olduğunu bildirib. Onun elmi
tədqiqat layihəsi vasitəsilə əməkdaşlığa cəlb olunduğu, peyklərlə
bağlı məxfi elmi məlumatları ötürdüyü iddia olunur.
Nəşrin iddiasına görə, Şəkurzadə müxtəlif mərhələlərdə həm ABŞ, həm
də İsrail kəşfiyyat xidmətləri ilə əlaqədə olub və həssas
məlumatlar paylaşıb.
Qərb ölkələri İranın peyk proqramının ballistik raket
texnologiyalarının inkişafı ilə bağlı olduğunu deyir. Məlumatda
Şəkurzadənin hansı şəraitdə saxlanıldığı, edamın nə vaxt həyata
keçirildiyi barədə detallı informasiya verilməyib.
İnsan haqları qurumlarının məlumatına görə, Şəkurzadə Tehrandakı
İran Elm və Texnologiya Universitetində aerokosmik mühəndislik üzrə
magistr təhsili alırdı.
Onun 2024-cü ildə həbs olunduğu, təkadamlıq kamerada saxlanıldığı,
məcburi etiraflara vadar edildiyi bildirilir. İran Ali Məhkəməsinin
bu yaxınlarda ölüm hökmünü qüvvədə saxladığı qeyd olunur.
İranda casusluq və ya dövlət əleyhinə ittihamlarla bağlı edamlar,
təhlükəsizliklə bağlı məhkəmə proseslərinin miqyası artır.
Bu ölkə edamların sayına görə dünyada Çindən sonra ikinci yerdədir.
İnsan haqları qruplarının hesablamalarına əsasən, 2025-ci ildə
ölkədə azı 1639 nəfər edam olunub.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.