Hörmüz bağlandı, dünya ehtiyat yığmağa başladı: şpris, benzin, prezervativ
Hazırda bir sıra ölkələr istehlakçıların neftdən tutmuş, şprisə qədər müxtəlif malları ehtiyat edib yığmasının qarşısını almağa, bununla da qıtlığın qarşısını kəsməyə çalışır. "The Financial Times" qəzeti pandemiya dövründəki həyəcanlı alış-verişləri xatırladan səhnələrdən bəhs edir.

İran müharibəsi başlayan kimi Hörmüz boğazı bağlanan anda Cənubi Koreya sakinləri plastik zibil torbalarını yığmağa başlayıblar. Avstraliyada isə benzin kanistrləri boşalırdı –
kənd yerlərində sürücülər və fermerlər yanacaq ehtiyatlarını ələ keçirirdilər. Çində ötən ay mümkün prezervativ qıtlığı barədə sosial media paylaşımları yayılmışdı.

Qəzet hökumətlərin məsələyə müdaxilə etməyə məcbur olduğunu vurğulayır. Məsələn, Cənubi Koreyada polis şpris ehtiyatı saxladığı şübhəsi ilə şirkətlərə qarşı reydlər keçirib. Naften çatışmazlığı tibbi təchizata təhdid yarada bilər. Hindistanda isə onlayn inflüenserlər biletlə "Diet Coke" partiləri təşkil edirlər – bu içkinin məhdud miqdarda olması ona yeni prestij qazandırıb.

FT yazır ki, koronavirus pandemiyası dövründə tualet kağızı qıtlığı yaranmışdı, lakin o zaman panikanın qarşısını almaq mümkün olmuşdu. İndi isə neft və digər əsas malların qlobal qıtlığı getdikcə daha real hala çevrilir. Ailələr, şirkətlər və hökumətlər ehtiyatlarını artırmağa çalışırlar.

İqtisadçılardan tövsiyələr
Qəzetə açıqlama verən iqtisadçılar istehlakçıların bu davranışını təbii sayırlar. Onların fikrincə, hökumətlər mümkün qədər prosesə müdaxilə etməməlidirlər. Bunun əvəzinə bəzi mexanizmlər tətbiq edilə bilər – məsələn, qiymətlərin qaldırılması insanların davranışını dəyişməyə vadar edər.

OECD-nin baş iqtisadçısı Mauro Pisu deyir: "İstehlakçıların doğru hesab etdikləri kimi davranmasına, düzgün qiymətlərlə üzləşməsinə imkan vermək lazımdır".

Lakin bir çox hökumətlər bunun əksini edir. OECD-nin monitorinq apardığı azı 50 ölkədə yanacaq vergiləri azaldılıb və ya qiymətlərin qalxmasının qarşısını almaq üçün nəzarət mexanizmləri tətbiq edilib. Pisu vurğulayır ki, bu halda istehlakçılar qısa müddətdə məmnun qala bilərlər, lakin bu addım qıtlığı daha da gücləndirəcək.

İqtisadçıların digər tövsiyəsi əhalini ehtiyatların kifayət qədər olmasına inandırmaqdır. Məsələn, Avstraliya ötən həftə ölkənin quru yanacaq ehtiyatlarını gücləndirmək üçün 10 milyard dollarlıq bir paket açıqlayıb.

Fevralın 28-də ABŞ və İsrail İrana hava zərbələri endirməyə başladıqdan sonra Tehran Vaşinqtonun Fars körfəzindəki müttəfiqlərinə raket və dron hücumları həyata keçirib və Hörmüz boğazını faktiki olaraq bağlayıb. Müharibəyə qədər dünya neft və qaz tədarükünün 20 faizi məhz bu boğazdan keçirdi.

Aprelin 8-dən etibarən tərəflər arasında atəşkəs qüvvədədir və sülh planına dair təkliflər mübadiləsi aparılır.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google