Mərkəzi Kriminal Polis Departamentinin direktoru David Kiknadze
bildirib ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal
Polisi
və Tbilisi Polis Departamentinin əməkdaşları Baş Prokurorluqla
birlikdə son 24 saat ərzində ölkə üzrə həyata keçirilən kompleks
əməliyyat və prosessual tədbirlər nəticəsində məhkəmə qərarı
əsasında “qanuni oğru” aləmi ilə əlaqədə olan 44 nəfəri
saxlayıblar.
Onun sözlərinə görə, daha 7 nəfərə ittiham
irəli sürülüb. Onların
bir hissəsinə penitensiar müəssisədə, bir hissəsinə isə qiyabi
qaydada, o cümlədən xaricdə olan iki “qanuni oğruya” qarşı ittiham
elan edilib.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər “oğru
mübahisələri” təşkil edir və “oğru qərarları” qəbul edirdilər.
David Kiknadzenin sözlərinə görə, saxlanılan şəxslər “qanuni oğru”
aləminin nümayəndələri, o cümlədən Levan Marğia və Nodar Şukakidze
ilə əlaqədə olublar. İstintaqa əsasən, onlar şəxsi mənfəət əldə
etmək məqsədilə “oğru qaydaları”na uyğun şəkildə vətəndaşlar
arasında maliyyə və kriminal mübahisələrə dair qərarlar qəbul edir,
daha sonra tərəflərdən pul tələb edirdilər. Tələblər yerinə
yetirilmədiyi halda isə fiziki zorakılıq və ölümlə
hədələyirdilər.
İstintaqla həmçinin müəyyən edilib ki, cinayətkar qrupun üzvləri
əvvəlcədən hazırlanmış plan əsasında Tbilisinin müxtəlif
rayonlarında avtomobillərlə hərəkət edir, konkret şəxsləri seçir və
onların iradəsinə zidd olaraq internet-bank vasitəsilə kredit
aktivləşdirirdilər. Daha sonra həmin vəsaitləri öz hesablarına
köçürürdülər.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, təqsirləndirilən
şəxslər “qanuni oğrulara” Tbilisidə yaşayan və “oğru aləmi” adından
maddi gəlir və pul tələb etmək mümkün olan şəxslər barədə vaxtaşırı
məlumat ötürürdülər.
Keçirilən axtarışlar nəticəsində maddi sübut kimi mobil telefonlar,
kompüter texnikası və odlu silahlar götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 223 prima, 223 tertsia, 223
kvarta və 236-cı maddələri ilə aparılır. Həmin maddələr 15 ilədək
azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatına görə, qurum
mütəşəkkil cinayətkarlıq və “qanuni oğru” aləmi ilə bağlı cinayət
fəaliyyətinə qarşı mübarizəni davam etdirir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.