Mayın 13-də Rusiya Dövlət Duması Silahlı Qüvvələrin xaricdə "Rusiya
vətəndaşlarının hüquqlarının müdafiəsi" məqsədilə
istifadəsinə imkan tanıyan qanun layihəsini ikinci və dərhal yekun
üçüncü oxunuşda qəbul edib.
Sənəd Rusiya vətəndaşlarının xaricdə həbs olunduğu və ya cinayət
təqibinə məruz qaldığı hallarda ordudan istifadəni nəzərdə tutur.
Bu müddəa Rusiyanın yurisdiksiyasını tanımadığı beynəlxalq məhkəmə
orqanlarının çıxardığı qərarlara da şamil edilir.
Silahlı Qüvvələrin ölkə hüdudlarından kənarda istifadəsi
prezidentin qərarı ilə həyata keçiriləcək. Lakin sənəddə həbs
olunan şəxslərin müdafiəsinin konkret mexanizmi izah edilmir.
"Azğın rusofobiya kampaniyası"
Dövlət Dumasının
sədri Vyaçeslav Volodin qanunu şərh edərək deyib ki,
"Qərbin ədalət sistemi faktiki olaraq arzuolunmaz
şəxslərə qarşı repressiya alətinə çevrilib" və "bu şəraitdə
vətəndaşların qorunması üçün bütün imkanlardan istifadə
edilməlidir".
Dumanın Müdafiə komitəsinin sədri Andrey Kartapolov da qanun
layihəsini dəstəkləyərək onun "azğın rusofobiya kampaniyası"na
qarşı yönəldiyini vurğulayıb.
Qanunun qüvvəyə minməsi üçün onu Federasiya Şurası təsdiq etməli və
prezident Vladimir Putin imzalamalıdır.
Hazırkı qanunvericiliyə görə, Silahlı Qüvvələrin xaricdə istifadəsi
üçün prezident Federasiya Şurasından icazə almalıdır. Putin 2022-ci
ildə Ukraynaya genişmiqyaslı müdaxilədən əvvəl belə bir icazə
almışdı.
Rusiya vətəndaşlarının xaricdə saxlanılması ilə bağlı bir sıra
yüksək səs-küylü hallar olub. Məsələn, ABŞ-nin sorğusu əsasında
silah alverçisi Viktor But həbs edilib, Vadim Krasikov isə Berlində
Zelimxan Xanqoşvilini qətlə yetirdikdən sonra Almaniya məhkəməsi
tərəfindən məhkum olunub. Son dövrlər isə Polşada Ukraynanın hüquqi
tələbi ilə rusiyalı arxeoloq Aleksandr Butyaqin saxlanılıb. O,
sonradan Rusiya, Belarus və Qərb dövlətlərinin iştirakı ilə
reallaşan "5-in 5-ə" formatlı məhbus mübadiləsi çərçivəsində
dəyişdirilib.
AzadlıqRadiosunun rus xidmətinin yazdığına görə, bir sıra şərhçilər
yeni qanunun Rusiya hərbçilərinin xaricdə istifadəsi imkanlarını
xeyli genişləndirdiyini bildirirlər. Onların fikrincə, bu, Rusiya
ilə Qərb arasında silahlı qarşıdurma riskini artıra bilər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.