ABŞ prezidenti Donald Tramp Tehranın Vaşinqton tərəfindən irəli
sürülən sülh sazişini qəbul etməməsindən narazılığını bildirib.
Bununla belə, Ağ ev rəhbərinin İranın zənginləşdirilmiş uran
ehtiyatlarının ölkədən çıxarılması ilə bağlı əvvəlki sərt
tələbindən geri çəkildiyi müşahidə olunur.
Tramp Çinə səfəri zamanı "Fox News" telekanalının aparıcısı Şon
Hannitiyə verdiyi və mayın 14-də yayımlanan müsahibəsində deyib:
"Daha səbirli olmayacam. Onlar razılığa gəlməlidirlər.
İstənilən ağıllı insan bu sazişi qəbul edərdi. Ola bilsin, onlar
dəlidirlər".
Pekində Çin lideri Si Cinpinlə görüşən Tramp İranın
zənginləşdirilmiş uran ehtiyatları barədə də danışıb:
"Düzü, o uranı əlimizə keçirsək, ürəyim daha rahat
olar. Amma məncə, bu, real təhlükəsizlik ehtiyacından çox sadəcə
piar məsələsidir".
İsrailin baş naziri Binyamin Netanyahu isə son açıqlamalarında
İranla müharibənin hələ bitmədiyini və nüvə materialının mütləq
şəkildə ölkədən çıxarılmalı olduğunu təkrarlayıb.
Tramp əvvəlki çıxışlarında demişdi ki, nüvə bombası düzəltmək üçün
işlədilə bilən bu uran İran hökuməti razı olsa da, olmasa da mütləq
ölkədən çıxarılmalıdır.
Digər tərəfdən, ABŞ prezidenti İranın hazırkı rəhbərliyini
"məntiqli insanlar" adlandırıb. Fevralın 28-də ABŞ və İsrailin
başladığı hava zərbələri nəticəsində İranın əvvəlki rəhbərliyinin
böyük qismi öldürülüb.
Pekin keçid rüsumunu dəstəkləmir
ABŞ dövlət katibi Marko Rubio mayın 14-də “NBC News”a açıqlamasında
bildirib ki, Çin və ABŞ Hörmüz boğazının hərbiləşdirilməməsi
məsələsində eyni mövqedədirlər. Onun sözlərinə görə, Tramp həmin
gün Pekində Si Cinpinlə görüşü zamanı bu məsələni müzakirə edib:
"Çin tərəfi Hörmüz boğazının hərbiləşdirilməsinin
əleyhinə olduğunu və keçid rüsumu sistemini dəstəkləmədiyini bəyan
edib. Bizim də mövqeyimiz eynidir".
Fevralın 28-də ABŞ və İsrailin hava hücumlarına məruz qalan Tehran
cavab olaraq strateji boğazı faktiki bağlayıb və bəzi gəmilərdən 2
milyon dollaradək keçid rüsumu tələb etməyə başlayıb. Vaşinqton isə
İrana gedən və oradan gələn bütün dəniz nəqliyyatını tam blokadaya
alıb.
Rubio Trampın Çindən İranla müharibədə kömək istəməsi barədə
iddiaları təkzib edib:
"Prezident Çindən heç nə
istəməyib. Bizim Çinin köməyinə ehtiyacımız
yoxdur".
Buna baxmayaraq, Tramp danışıqlar zamanı Si Cinpinin müharibənin
dayandırılması üçün vasitəçilik təklif etdiyini vurğulayıb. Trampın
sözlərinə görə, Çin lideri "yardım etməyi çox istəyir və tərəflərin
razılığa gəlməsində maraqlıdır". Çin və Rusiya uzun müddətdir
İranın əsas hərbi texnika təchizatçıları hesab olunur.
"The New York Times" qəzeti ABŞ-nin hazırkı və keçmiş rəsmilərinə
istinadən yazır ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb
Əmirlikləri aprel atəşkəsindən əvvəl İrana birtərəfli zərbələr
endiriblər. Bu, hər iki ərəb dövlətinin İrana qarşı ilk birbaşa
hücumu kimi qiymətləndirilir, lakin Ər-Riyad və Əbu-Dabi hələlik bu
məlumatı rəsmən təsdiqləməyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.