Keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi "Hayastan"
alyansı Ermənistan hökumətini parlament seçkiləri kampaniyasına
mane olmaqda günahlandırır.
Alyansın bir neçə üzvü və tərəfdarı mayın 14-də səs satınalma
ittihamı ilə həbs edilib.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Yerevandan 95 kilometr şimalda
yerləşən Spitak şəhərində müxalifət alyansının ofisində axtarış
aparıb. Qurumun bəyanatına görə, ofis rəhbəri bir yerli sakinə
rüşvət vermək
də, eləcə də digər şəxslərlə birlikdə başqa bir
seçicini zorakılıqla hədələməkdə şübhəli bilinir.
Komitə şübhəlilərə məxsus gizli audioyazı yayımlasa da, onların
kimliyini açıqlamayıb. Səs yazısında maliyyə məsələləri, həmçinin
iyunun 7-nə təyin olunan seçkilərdə müxalifətin qalib gələcəyi
təqdirdə bir şəxslə "sərt söhbət" aparılmasının vacibliyi müzakirə
olunur. Bununla belə, audioda birbaşa səs satınalmasından söhbət
getmir.
Müxalifət liderləri ittihamları rədd
edir
"Hayastan" alyansı irəli sürülən ittihamları
siyasi motivli adlandıraraq qətiyyətlə rədd edib. Alyans bildirib
ki, həbslərin məqsədi onların seçki qərargahlarının fəaliyyətini
pozmaq və həlledici seçkilər ərəfəsində "qorxu atmosferi"
yaratmaqdır. Bu blok hakim "Vətəndaş Müqaviləsi" partiyasının üç
əsas müxalif rəqibindən biridir.
Alyansın yaydığı bəyanatda deyilir:
"Onlar bizi
axtarışlar və həbslərlə qorxuda bilməzlər. Bu addımlar bir daha
sübut edir ki, hökumətin ictimai dəstəyi və özünə inamı yoxdur və
o, öz hakimiyyətini qorumaq üçün belə vasitələrə əl
atır".
Bu həbslər "Hayastan"a qarşı seçkilərlə bağlı açılmış ilk cinayət
işidir. Hüquq-mühafizə orqanları digər müxalif qüvvə – milyarder
Samvel Karapetyanın "Güclü Ermənistan" alyansına qarşı isə ən azı
11 belə iş açıb. Son həftələr həmin alyansın onlarla üzvü və
tərəfdarı oxşar ittihamlarla həbs edilib. Alyans ittihamları rədd
edir.
Karapetyan ötən həftə bildirib: "Biz aparıcı qüvvə olaraq səs almaq
üçün rüşvət verməyə ehtiyac duymuruq. Ermənistanda davam edən
repressiyalar fonunda insanlar arasında dostcasına söhbətlər artıq
cinayət sayılır". Onun sözlərinə görə, bu təzyiqlər baş nazir Nikol
Paşinyanın seçkiqabağı qorxu və təşvişini göstərir.
Paşinyana qarşı ittihamlar
"Azatutyun" yazır
ki, müxalifət Paşinyanın partiyasını dövlətin pulu və baş nazirin
xanımı Anna Akopyanın xeyriyyə fondu ilə seçicilərin səslərini
pulla almağa çalışmaqda günahlandırır.
Bununla belə, partiyanın heç bir üzvü və ya tərəfdarı bu
ittihamlarla bağlı məsuliyyətə cəlb edilməyib.
Bu həftənin əvvəlində Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Talin
şəhərinin aztəminatlı sakinlərinə maddi yardım göstərən
hökumətyönlü mer Tavros Sapeyana qarşı ittiham irəli sürməkdən
imtina edib. Komitədən bildirilib ki, ayrılan sosial yardımların
yaxınlaşan seçkilərlə heç bir əlaqəsi yoxdur. Sapeyana qarşı
cinayət işi açılmasını erməni vətəndaş cəmiyyəti təşkilatlarının
koalisiyası tələb edirdi. Həmin qurumlar merin seçki ilə bağlı
xeyriyyə fəaliyyətinə qoyulan hüquqi qadağanı pozduğunu
bildirirlər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.