Rusiya və Ukrayna "205-in 205-ə" formulu üzrə hərbi əsir mübadiləsi
həyata keçirib.
Bu barədə məlumatı həm Rusiyanın Müdafiə Nazirliyi, həm də Ukrayna
prezidenti Volodimir Zelenski yayıb.
Zelenskinin sözlərinə görə, bu proses "1000-in 1000-ə" formulu üzrə
planlaşdırılan daha böyük mübadilənin ilk mərhələsidir. Rusiya
Müdafiə Nazirliyi isə öz bəyanatında bu məqama toxunmayıb. Qurumun
məlumatına görə, azad edilən rusiyalı
hərbçilər ilkin olaraq
Belarus ərazisinə aparılıb. Qeyd olunub ki, növbəti mübadilə
prosesi də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə baş
tutub.
Ukraynanın hərbi sahədə ixtisaslaşmış "DeepState" Telegram kanalı
azad olunanlar barədə məlumat paylaşıb:
"Vətənə qayıdan
ukraynalı hərbçilərin, demək olar ki, hamısı dörd il idi ki,
əsirlikdə qalırdı. Onların böyük əksəriyyəti Mariupolun müdafiəsi
zamanı əsir düşənlərdir".
Son günlərdə həm Moskva, həm də Kiyev genişmiqyaslı mübadiləyə
hazırlıq getdiyini təsdiqləyirdi. Tərəflərin "1000-in 1000-ə"
formulu üzrə razılığa gəldiyi barədə xəbərlər yayılmışdı. ABŞ
prezidenti Donald Tramp da mayın 9-dan 11-nə qədər qüvvədə olan
atəşkəsdən danışarkən məhz bu plana toxunmuşdu.
Böyük mübadilənin həmin atəşkəs dövründə baş tutacağı gözlənilsə
də, proses vaxtında reallaşmamışdı. Kreml yubanmanı Ukrayna
tərəfinin əsir siyahılarını gecikdirməsi ilə izah edib. Kiyev
rəhbərliyi isə Moskvanın bu iddiasını qətiyyətlə rədd edib.
Rusiyanın Ukraynaya hava hücumlarında azı 24 nəfər həlak
olub
Rusiyanın Kiyevə və Ukraynanın digər şəhərlərinə iki gün davam edən
hava hücumları nəticəsində azı 24 nəfər həyatını itirib. Bu, Rusiya
qüvvələrinin 2022-ci ilin fevralında genişmiqyaslı işğala
başlamasından bəri törətdiyi ən böyük hücumlardan biridir.
Xilasedicilər hələ də Kiyevin Darnitski rayonunda qismən dağılmış
doqquzmərtəbəli yaşayış binasının dağıntıları altında axtarışları
davam etdirirlər. Rəsmilər onlarla yaralı arasında ölənlərin
sayının artacağı ehtimalını istisna etmirlər. Onların məlumatına
görə, doqquzmərtəbəli binaya endirilən zərbə nəticəsində 18 mənzil
tamamilə uçub. Darnitski rayonunda azı 20 nəfər isə itkin
düşüb.
"Hər şey yanırdı"
Kiyevin meri Vitali Kliçko
bildirib ki, paytaxtda azı 57 nəfər yaralanıb, onlardan 27-si
xəstəxanaya yerləşdirilib.
Dağılmış yaşayış binasının yaxınlığında AFP-yə açıqlama verən Kiyev
sakini Andriy qan ləkəli gecə paltarı ilə deyib: "Hər şey yanırdı.
İnsanlar qışqırırdı... hamı kömək istəyirdi".
Ukrayna prezidenti Volodimir Zelenski ilkin məlumatlara istinadən
yaşayış binasına Rusiyanın X-101 tipli qanadlı raketinin düşdüyünü
bildirib. O, Rusiyanın bu cür silahları istehsal etməsinin
qarşısını almaq üçün diplomatik səyləri artırmağa çağırıb.
Hadisə yerində "Reuters" agentliyinə danışan 74-yaşlı Alla
Komisarova isə deyib:
"Orada insanlar, uşaqlar da var
idi. Onların başına nə gəldiyini təsəvvür edə bilirsinizmi? Bütöv
bina çökdü".
Mayın 15-də Kiyevdə Rusiyanın son hücumlarında həlak olanların
xatirəsi üçün matəm günü elan edilib.
Zelenski gecə videomüraciətində bildirib ki, mayın 13-dən etibarən
Rusiya Ukrayna ərazisinə 1567 dron buraxıb. O, son iki gündə
ölənlərin sayının 27-yə çatdığını və bu rəqəmin daha da arta
biləcəyini qeyd edib.
Müharibə sona yaxınlaşır?
Bu hücumlar, mayın 9-da nasist Almaniyası üzərində qələbənin
ildönümü münasibətilə elan edilmiş, lakin gözlənildiyi kimi
pozulmuş qısamüddətli atəşkəsin bitməsindən bir neçə gün sonra baş
verib.
Rusiya prezidenti Vladimir Putin mayın 9-da müharibənin sona
yaxınlaşdığını söyləsə də, Ukrayna ilə mümkün sülh sazişinə gətirib
çıxara biləcək heç bir kompromis variantını dilə gətirməyib.
Son hücumlardan sonra Zelenski Putinin bu bəyanatını tənqid edərək
deyib:
"Bunlar müharibənin sona çatdığına inananların
hərəkətləri deyil".
Xarkov vilayətinin rəhbəri Oleq Sinequbov isə Ukraynanın ikinci ən
böyük şəhəri olan Xarkovda mülki obyektlərə edilən hücumlar
nəticəsində üçü uşaq olmaqla, 28 nəfərin yaralandığını
açıqlayıb.
Rusiya, çoxsaylı sübutlara baxmayaraq, mülki obyektləri hədəfə
almadığını iddia edir.
Rusiya rəsmiləri isə mayın 14-də Ukraynanın dron hücumları
nəticəsində Belqorod sərhəd bölgəsində bir nəfərin həlak olduğunu,
bir nəfərin isə yaralandığını bildiriblər. Bu məlumat müstəqil
şəkildə təsdiqlənməsə də, Belqorod vilayəti tez-tez Ukraynanın
hücumlarının hədəfinə çevrilir. Kiyev öz növbəsində bəyan edir ki,
Kreml hərbi maşınını təmin edən hərbi obyektləri və enerji
infrastrukturunu, o cümlədən bəzən Rusiya ərazisinin
dərinliklərində yerləşən hədəfləri vurur.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.