ABŞ Nümayəndələr Palatası demokratların irəli sürdüyü və İranla
müharibənin dayandırılmasını hədəfləyən qətnamə layihəsini cüzi səs
fərqi ilə rədd edib.
Sözügedən qətnamədə hərbi əməliyyatların davam etdirilməsi üçün
Konqresin rəsmi təsdiqinin alınması tələb olunurdu.
Palatadakı səsvermədə səslər bərabər — 212-nin 212-yə nisbətində
bölünüb. Qətnamənin qəbulu üçün sadə səs çoxluğu tələb olunduğundan
təşəbbüs uğursuzluqla nəticələnib. Qanunvericilik təşəbbüsünün əsas
məqsədi prezident
Donald Trampın hərbi kampaniya aparmaq
səlahiyyətlərini məhdudlaşdırmaq idi.
Bu, Nümayəndələr Palatasında İran müharibəsi və prezidentin hərbi
səlahiyyətləri mövzusunda cari ildə keçirilən üçüncü
səsvermədir.
Mayın 1-də Trampın müharibə ilə bağlı Konqresdən icazə alması üçün
nəzərdə tutulan 60 günlük qanuni müddət başa çatmışdı və bu, həmin
vaxtdan bəri keçirilən ilk səsvermə idi. Tramp isə öz növbəsində
bildirmişdi ki, İranla əldə olunan atəşkəs hərbi əməliyyatları
rəsmi olaraq dayandırdığı üçün 60 günlük limit hüquqi qüvvəsini
itirib.
Səsvermələrin nəticələri göstərir ki, tərəflər arasındakı səs fərqi
getdikcə azalır. Hazırda respublikaçılar Nümayəndələr Palatasında
olduqca cüzi üstünlüyə malikdirlər. Məsələn, aprelin 16-da
keçirilən analoji səsvermə də 213-ün 214-ə nisbəti ilə uğursuz
olmuş, bir konqresmen isə bitərəf qalmışdı.
Senatda isə daxili siyasi mübarizə daha gərgin müstəvidə keçir.
Mayın 13-də prezidentin hərbi səlahiyyətlərini məhdudlaşdıran
qətnamə layihəsinin qarşısı cəmi bir səs fərqi ilə — 50-nin 49-a
nisbəti ilə alınıb. Səsvermə zamanı üç respublikaçı senator
demokratlarla birlikdə qətnamənin lehinə səs verib, bir demokrat
isə əksinə, layihənin əleyhinə mövqe nümayiş etdirib. Senatda
səslər bərabərləşdikdə, ABŞ konstitusiyasına əsasən,
vitse-prezident Cey Di Vens yekun qərarı müəyyən edən səs hüququna
malik olur.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.