“Müxalifət Alyansı” onların sözlərinə görə, Gürcüstanda azad və
ədalətli seçkilərin keçirilməsi üçün vacib olan 6 əsas tələbi irəli
sürüb.
Alyansın bəyanatına görə, bu tələblərin yerinə yetirilməsi
cəmiyyətin seçki prosesinə olan etimadını bərpa edəcək və bu,
nəticə etibarilə “Bidzina İvanişvili rejiminin dəyişməsi ilə
nəticələnəcək.”
“‘Müxalifət Alyansı’nın əsas məqsədi ‘Gürcü Arzusu’nu
hakimiyyətdən uzaqlaşdırmaqdır. Biz bunu ilk növbədə ədalətli və
bərabər seçkilər yolu ilə mümkün olan əsas vasitə hesab edirik.
Lakin ədalətli və azad seçkilərdən danışmazdan əvvəl aşağıdakılar
zəruridir: siyasi məhbusların azad edilməsi; siyasi motivli cinayət
işlərinə son qoyulması; həmçinin demokratik institutları, tənqidi
medianı, siyasi partiyaları, vətəndaş cəmiyyəti qruplarını və
demokratiya üçün vacib olan digər mexanizmləri faktiki olaraq
dağıdan və ya ciddi təhlükə altına salan repressiv qanunların
ləğvi.”
Azad və ədalətli seçkilərin keçirilməsi üçün aşağıdakı 6 əsas tələb
yerinə yetirilməlidir:
- Seçki administrasiyası dəyişdirilməlidir və tam şəkildə paritet
(bərabər təmsilçilik) prinsipi əsasında formalaşdırılmalıdır.
2020–2024-cü illər seçkilərində seçki baryerini keçmiş partiyalar
əsasında, hər partiyadan bir nümayəndə olmaqla tərkib müəyyən
edilməlidir. Sonrakı bütün komissiyalar da yeni komissiya
tərəfindən məhz bu prinsip əsasında formalaşdırılmalıdır. 2024-cü
il seçkilərini legitim hesab etməsək də, baryeri keçmiş partiyalar
prinsipinə əsaslanaraq bu göstəricini qəbul edirik.
- Mühacirlərə (xaricdə yaşayan vətəndaşlara) seçki hüququ geri
qaytarılmalıdır və onların seçkilərdə iştirak imkanları
sadələşdirilməlidir. Xarici ölkələrdə, sənəddə göstərilən sayda
mühacirin yaşadığı yerlərdə seçki məntəqələri açılmalıdır.
- Etibarlı komissiya ilə yanaşı, etibarlı texnologiyalar da
vacibdir. Bunun üçün seçicilərin identifikasiya (verifikasiya)
prosesi sərtləşdirilməli, üz tanıma cihazları tətbiq
edilməlidir.
- Audit və yoxlama prosesinə etibarlı beynəlxalq audit şirkəti
cəlb olunmalıdır. Bu şirkət həm seçki avadanlıqlarını, həm də
səsvermə günü keçirilən prosesi audit etməlidir.
- Seçici siyahıları açıq olmalıdır və seçicilərin səsvermədə
iştirak edib-etmədiyini ictimai şəkildə yoxlamaq mümkün
olmalıdır.
- Seçki şikayətləri ilə bağlı məhkəmələrdə xüsusi seçki
mübahisələri kollegiyaları yaradılmalıdır. Bu kollegiyalar ümumi
razılaşma əsasında seçilməlidir.
“Yalnız bu 6 prinsip və tələbin yerinə yetirilməsi
halında biz, müxalifət alyansı olaraq, ən azı minimal demokratik
standartlara uyğun şəkildə keçirilmiş seçkilərin legitimliyini
qəbul edə bilərik və bu legitimlik şübhə altına alınmaz.
2024-cü il seçkilərində seçki prosesində kobud pozuntular və
çoxsaylı manipulyasiyalar nəticəsində seçkilərin nəticələrinə təsir
göstərilib. Nəticədə siyasi böhran yaranıb. Məhz bu siyasi böhranın
aradan qaldırılması və normal, ədalətli, azad şəraitdə seçkilərin
keçirilməsi üçün bu 6 şərtin yerinə yetirilməsi vacibdir. Bu,
seçicilərin seçki prosesinə inamını bərpa edəcək və sonda Bidzina
İvanişvilinin hakimiyyətini dəyişəcək,” — deyə
alyansın bəyanatında bildirilir.
Alyansın tələblərinə İrakli Kobaxidze də münasibət bildirib və
deyib ki, “2028-ci il seçkiləri hazırda qüvvədə olan qanunvericilik
əsasında keçiriləcək.”
“Bununla bağlı hər kəsə söz verirəm. Mövcud
qanunvericilik beynəlxalq standartlara tam uyğundur,”
— deyə Kobaxidze bildirib.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.