Nazirlərin, merlərin və qubernatorların müavinlərinə “stimullaşdırma məqsədilə” maliyyə mükafatı veriləcək
“Gürcü Arzusu” hökuməti parlamentə qanunvericilik təşəbbüsü ilə müraciət edir. Bu təşəbbüsə əsasən, dövlət-siyasi vəzifə tutan şəxslərə maaşa əlavə və pul mükafatı almaq imkanı veriləcək.

Bunun üçün “Dövlət müəssisələrində əməyin ödənilməsi haqqında” qanunun 20-ci maddəsinə dəyişiklik ediləcək. Hazırda həmin maddədə belə yazılıb:

“Dövlət-siyasi vəzifəli şəxsə və siyasi vəzifə tutan şəxsə maaş əlavəsi verilmir.”

Kimlər pul mükafatı ala
biləcək?

  • Nazir müavinləri
  • Abxaziya və Acarıstan Muxtar Respublikalarının nazir müavinləri
  • Dövlət nümayəndəsinin (qubernatorun) müavinləri
  • Mer müavinləri
Hansı hallarda yüksək vəzifəli şəxsin müavini mükafatlandırılacaq?
Qanun layihəsinə əsasən, nazir, mer və ya qubernator, tabeliyində olan müavini aşağıdakı hallarda təşviq edə biləcək:
  • Normadan artıq iş (əlavə iş saatları) və/və ya əlavə funksiyaların yerinə yetirilməsi
  • O cümlədən gecə saatlarında, istirahət və ya bayram günlərində, eləcə də sağlamlıq üçün riskli iş şəraitində fəaliyyət göstərdiyinə görə
  • Maaş əlavəsi yalnız yuxarı rəhbərin qərarı ilə verilə bilər.
Maaş əlavəsinin məbləği nə qədər ola bilər?
Maaş əlavəsinin verilməsi qaydaları “Dövlət müəssisələrində əməyin ödənilməsi haqqında” qanunun 26-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən:
  • Əlavə bir aylıq maaş məbləğini keçməməlidir
  • İl ərzində ümumi əlavə məbləği illik maaşın 20%-dən çox ola bilməz
Qanun layihəsi sürətləndirilmiş qaydada müzakirə olunmayacaq, lakin dərc edildiyi andan qüvvəyə minəcək.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google