İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı
Məhəmmədəli Cəfəri Tehranın sülh şərtlərini açıqlayıb.
O vurğulayıb ki, müharibə bütün cəbhələrdə tamamilə
dayandırılmayana, sanksiyalar ləğv olunmayana, dondurulmuş
vəsaitlər geri qaytarılmayana, hərbi zərər kompensasiya edilməyənə
və İranın Hörmüz boğazı üzərində suverenliyi tanınmayana qədər heç
bir yeni sülh danışıqları baş tutmayacaq.
Tehranın "əsas şərtlər" adlandırdığı bu beş bənd paytaxtın müxtəlif
yerlərində
asılmış təbliğat plakatlarında da əks olunub və İranın
yeni sülh təklifinin əsasını təşkil edir. ABŞ prezidenti Donald
Tramp isə öz növbəsində bu təklifi "səfeh" və "qəbuledilməz"
adlandırıb.
Cəfəri "Tasnim"ə açıqlamasında bildirib ki, İran ABŞ ilə diplomatik
təmaslar zamanı iki dəfə hücuma məruz qaldığı üçün "düşmənə tam
etibar etmir". Onun sözlərinə görə, Vaşinqton danışıqlar getdiyi
bir vaxtda müharibəni yenidən başladaraq öhdəliklərini pozduğu üçün
bunun bədəlini ödəməlidir.
Bu arqumentlər Tehranın həm əvvəlki, həm də hazırkı müharibədəki
rəsmi mövqeyi ilə tamamilə üst-üstə düşür. Vaşinqton və Təl-Əviv
isə sözügedən hərbi əməliyyatları davam edən sülh prosesi fonunda
"əsassız hücum" deyil, "qabaqlayıcı tədbirlər" kimi
qiymətləndirib.
Keçmiş komandan İranın danışıqlara mərhələli yanaşmasını belə izah
edib:
"Bizim məntiqimiz aydındır: əvvəlcə etimad
quruculuğu addımları atılmalı, daha sonra isə nüvə məsələləri üzrə
müzakirələrin növbəti mərhələsinə keçilməlidir. Bu şərtlər yerinə
yetirilmədən irəli addım atmağın heç bir mənası
yoxdur".
Bununla belə, Cəfərinin sülh prosesində rəsmi rolunun olub-olmaması
və açıqlamalarının İranın rəsmi dövlət mövqeyini əks
etdirib-etdirmədiyi hələlik bəlli deyil.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.