İspaniyada keçirilən beynəlxalq xüsusi əməliyyat çərçivəsində Gürcüstan vətəndaşları saxlanılıb
Gürcüstan və İspaniya Krallığının hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən İspaniyada keçirilən “CACHABA” adlı beynəlxalq xüsusi əməliyyat çərçivəsində 13 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməliyyatı Gürcüstan polis attaşesi ilə aktiv əməkdaşlıq şəraitində həyata keçirilib. Əməliyyatdan əvvəl isə iki ölkənin hüquq-mühafizə qurumları arasında bir il davam edən intensiv koordinasiya aparılıb.

İstintaq nəticəsində aydın olunub ki, cinayətkar qrupun
üzvləri İspaniyanın müxtəlif bölgələrində baş vermiş 27 mənzil oğurluğunda iştirak ediblər.

Qurumun məlumatına əsasən, qruplaşma iki ayrı qoldan ibarət olub — gürcü əsilli üzvlər birbaşa mənzil oğurluqlarını həyata keçiriblər, ispan qolu isə oğurlanmış əşyaların müxtəlif şəhərlərdə satışını təşkil edib.

Xüsusi əməliyyat eyni vaxtda Madrid, Valensiya, Qvadalaxara və Alikante şəhərlərində, ümumilikdə 9 fərqli ünvanda keçirilib.

Faktla bağlı istintaq İspaniya Cinayət Məcəlləsinin 510-cu, 301-ci və 570-ci maddələri ilə aparılır. Sözügedən maddələr 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google