Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin
əməkdaşları tərəfindən kompleks şəkildə həyata keçirilən
istintaq tədbirləri nəticəsində külli miqdarda pul və əmlak
hüququnu aldatma yolu ilə mənimsəmək faktı üzrə bir nəfər məhkəmə
qərarı əsasında saxlanılıb.
İstintaq nəticəsində aydın olunub ki, təqsirləndirilən şəxs
zərərçəkəni inandırıb ki, ona qrant şəklində 5 000 000 ABŞ dolları
almaqda kömək edəcək. Bunun
müqabilində isə zərərçəkən ondan 100
000 ABŞ dolları ödəməli və əlavə olaraq 50 000 ABŞ dolları
məbləğində mövcud olmayan borcu tanımalı idi.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci
maddəsinin 3-cü hissəsinin “b” bəndi ilə aparılır. Sözügedən maddə
9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.