Bu gün, 15 mayda, Kişinyov şəhərində keçirilən Avropa Şurası
Nazirlər Komitəsinin 135-ci sessiyasında çıxış
edən Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Ukraynaya
dəstək, Rusiyanın təcavüzü və onun fikrincə Avropanın qarşısında
duran çağırışlar barədə danışıb. Onun çıxışını Gürcüstan Xarici
İşlər Nazirliyi yayıb.
Nazirin sözlərinə görə, Avropa üçün təhlükə yalnız müharibə deyil,
həm də ikili standartlar, demokratik prinsiplərin
seçici şəkildə
tətbiqi və həqiqətin relativləşdirilməsidir.
O bildirib:
“Çıxışımın əvvəlində, Rusiyanın davam edən təcavüzü
nəticəsində əziyyət çəkən Ukrayna xalqına qəti həmrəyliyimi ifadə
etmək istəyirəm. Bu gün Avropa bir çox çağırışlarla üz-üzədir.
Lakin müharibə və münaqişə Avropanın qurulduğu təməlləri sarsıdan
yeganə təhlükə deyil. Həqiqətin relativləşdirilməsi, ikili
standartlar, siyasi məqsədlər naminə dəyərlərin yenidən
qiymətləndirilməsi və demokratiya adı altında demokratik
prinsiplərin zəiflədilməsi də az təhlükəli
deyil.”
Bu kontekstdə o, tədbiri işıqlandırmaq istəyən Gürcüstanın
hökumətyönlü televiziya kanallarına Moldovaya giriş və
akkreditasiya verilməməsi məsələsinə də toxunub və bildirib ki,
Gürcüstana yönələn tənqidlər çox vaxt siyasi məqsədlərə xidmət edir
və faktlara əsaslanmır.
“Bu gün görüşümüzü işıqlandırmaq istəyən Gürcüstanın üç
müxtəlif televiziya kanalının jurnalistlərinə Moldovaya daxil olmaq
və peşə fəaliyyətlərini həyata keçirmək qadağan edildi. Söz və
media azadlığının seçici prinsiplərlə izah olunması
narahatedicidir. Son illərdə ölkəmin tənqid edilməsi bəziləri üçün
ən cəlbedici fəaliyyətə çevrilib. Tənqid demokratiyanın təbii
hissəsidir, lakin siyasi məqsədlər faktlardan üstün tutulanda bu
artıq demokratiyanın güclənməsinə yox, etimadın sarsılmasına xidmət
edir.”
Moldova tədbirin işıqlandırılması üçün “İmedi”, “Rustavi 2” və
“Postv” televiziya kanallarına akkreditasiya verməyib. Hər üç kanal
Gürcüstanda hökumətyönlü media sayılır.
Nazir əlavə edib:
“Bir tərəfdən ‘demokratiyanın geriləməsindən’ narahat
olmaq, digər tərəfdən isə seçkiləri qəbul etməyən radikal qüvvələri
təşviq etmək ikiüzlülükdür.”
O həmçinin bildirib ki:
- “Gürcü xalqına dəstək” ifadə edib, eyni zamanda həmin xalqın
seçdiyi hökumətlə nümayişkaranə uzaqlaşmaq;
- qanunun aliliyindən danışıb, eyni zamanda hüquqdan yayınma
yolları axtarmaq;
Rusiyanın işğal etdiyi bir ölkəni Rusiyaya kifayət qədər müqavimət
göstərməməkdə ittiham edib ona asanlıqla “prorus” damğası vurmaq
—bunlar siyasi qiymətləndirmə deyil, reallığın sadələşdirilməsi və
məsuliyyətdən qaçmaqdır.
Boçorişvili çıxışında Rusiyanın Gürcüstan ərazilərinin 20%-ni işğal
etməsi, beynəlxalq məhkəmələrin bununla bağlı qərarları və
Rusiyanın anneksiya istiqamətində atdığı addımlara da toxunub.
“Prinsiplərin qorunması bizim üçün xüsusi əhəmiyyət
daşıyır — ərazilərinin 20%-i hələ də Rusiya tərəfindən işğal
olunmuş və yüz minlərlə vətəndaşının evinə qayıtmaq hüququ əlindən
alınmış bir ölkə üçün.”
O bildirib ki, işğal, effektiv nəzarət və Rusiyanın insan
hüquqlarının ağır pozuntularına görə məsuliyyəti beynəlxalq
məhkəmələr, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən
təsdiqlənib.
Nazirin sözlərinə görə, buna baxmayaraq, Rusiya beynəlxalq
öhdəliklərini görməzdən gəlməkdə davam edir və Gürcüstanın
bölgələrinin anneksiyasına yönəlmiş addımlar atır. Buna misal
olaraq o, 9 may 2026-cı ildə Moskva və Tsxinvali arasında
imzalanmış yeni sazişi göstərib.
Sonda Boçorişvili vurğulayıb ki, Gürcüstan münaqişələrin sülh yolu
ilə və hərtərəfli həlli siyasətinə sadiqdir və bölgədə sabitlik və
təhlükəsizliyin qorunması üçün çalışır:
“Biz müharibənin qiymətini yaxşı bilirik və anlayırıq
ki, sülh sadəcə hərbi eskalasiyanın olmaması deyil, həm də öz
xalqımız, regionumuz və ümumi Avropa gələcəyi qarşısında
məsuliyyətdir.”
Moldovada nə baş verir?
14–15 may tarixlərində
Kişinyov şəhərində Avropa Şurası Nazirlər Komitəsinin iclası
keçirilir.
İclasda üzv dövlətlərin xarici işlər nazirləri və digər yüksək
səviyyəli nümayəndələr iştirak edirlər.
Nazirlər Komitəsi:
- prioritetləri müəyyən edir,
- qərarlar və tövsiyələr qəbul edir,
- Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına
nəzarət edir,
- üzv dövlətlərdə insan hüquqları, demokratiya və hüququn
aliliyinin təmin olunmasını izləyir.
Toplantıda həmçinin insan hüquqları, demokratiya və qanunun aliliyi
sahəsində əldə edilən irəliləyişlər qiymətləndirilir və Avropanın
yeni çağırışlarının həlli yolları müzakirə olunur.
Nazirin proqramında digər ölkələrin xarici işlər nazirləri ilə
ikitərəfli görüşlər də var. Bildirilir ki, o, burada Andriy Sibiha
ilə də görüşəcək.
Qeyd edək ki, Gürcüstan və Ukrayna arasında son illərdə
münasibətlər gərgin olub; hazırda iki ölkənin paytaxtlarında
səfirlər yoxdur və diplomatik münasibətlər müvəqqəti işlər
vəkilləri səviyyəsindədir.
Həmçinin 4 mayda İrakli Kobaxidze və Volodimir Zelenski Yerevan
şəhərində görüşüblər.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.