Gürcüstanda qanunsuz meşə istifadəsinə qarşı aparılan nəzarət
tədbirləri çərçivəsində 14 hüquq pozuntusu qeydə alınıb.
Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin
Ətraf Mühitin Nəzarəti Departamentinin məlumatına görə, yoxlamalar
Acarıstan, Quriya, Sameqrelo, Raça və Şida Kartli bölgələrində
aparılıb. Pozuntular Xulo, Ozurqeti, Zuqdidi, Çxalencixa, Martvili,
Oni və Kaspi rayonlarında, eləcə də Surami qəsəbəsi ətrafında
aşkarlanıb.
Məlumata əsasən,
vətəndaşlar ağac materialını nəqliyyat vasitələri
ilə qaydaları pozaraq daşıyıblar.
Ümumilikdə 75 ədəd dairəvi ağac materialı, 39 kubmetrdən çox ilkin
emal olunmuş taxta məhsulu və 6 kubmetrə qədər odun müsadirə
edilərək möhürlənib.
Qurumun açıqlamasına görə, hüquq pozuntuları ilə bağlı sənədləşmə
aparılıb və materiallar aidiyyəti qurumlara göndərilib.
Ətraf Mühitin Nəzarəti Departamenti ölkə üzrə 24 saatlıq patrul
xidməti həyata keçirir və 153 qaynar xəttinə daxil olan
müraciətlərə operativ reaksiya verir. Bildirilib ki, aprel ayında
ağac daşınması qaydalarının pozulması ilə bağlı 58 fakt
aşkarlanıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.