"Amnesty International" təşkilatının mayın 18-də yaydığı hesabata
görə, İran 2025-ci ildə 2 min 159 nəfəri edam edib.
Bu göstərici dünyada ölüm hökmlərinin icrasını 1981-ci ildən bəri
ən yüksək səviyyəyə çatdırıb. Təşkilat ötən il qlobal miqyasda azı
2 min 707 nəfərin edam olunduğunu açıqlasa da, bu statistika
Çindəki göstəriciləri əhatə etmir. "Amnesty" rəsmi Pekinin ölüm
hökmündən
kütləvi şəkildə istifadə etdiyini, lakin dəqiq rəqəmlərin
dövlət sirri olaraq saxlanıldığını bildirib.
2025-ci ildə qlobal edam sayı 2024-cü illə müqayisədə 35 faizdən
çox artıb. Bu artım əsasən Səudiyyə Ərəbistanı, Küveyt, Misir,
Yəmən, Sinqapur və ABŞ-də qeydə alınıb. Hesabatda vurğulanır ki,
mənfi tendensiya vətəndaş cəmiyyətini məhdudlaşdıran, fərqli
düşünənləri susduran və beynəlxalq hüququ heçə sayan ölkələrdə daha
qabarıqdır.
İrandakı "dəhşətli artım" rəsmi Tehranın ölüm hökmündən "siyasi
repressiya və nəzarət aləti" kimi istifadə etməsi ilə izah olunur.
Proses xüsusilə 2025-ci ilin iyununda İsraillə müharibə başladıqdan
və kütləvi hökumət əleyhinə etirazlardan sonra sürətlənib. İrandakı
edam sayı son 45 ilin rekordunu qırsa da, müxtəlif müstəqil
qurumların statistikasında fərqlər var. Məsələn, Norveçdə yerləşən
"Iran Human Rights" təşkilatı ötən il İranda azı 1 min 639 nəfərin
edam edildiyini iddia edir. Tehran isə 2026-cı ilin əvvəlindən bəri
cəmi 30 nəfərin edam olunduğunu təsdiqləyib.
Digər ölkələrdə də ölüm hökmlərinin icrasında kəskin sıçrayış baş
verib: Ötən il Səudiyyə Ərəbistanında 356 (2024-cü ildə 345),
Küveytdə 17 (2024-cü ildə 6), Misirdə 23 (2024-cü ildə 13), Yəməndə
isə azı 51 (2024-cü ildə 38) nəfər edam edilib. ABŞ-də isə xüsusilə
Florida ştatındakı misli görünməmiş artım (19 nəfər) səbəbindən
ölkə üzrə ümumi rəqəm 47-yə yüksəlib. Bu, ABŞ-də 2009-cu ildən bəri
qeydə alınan ən yüksək göstəricidir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.