ABŞ və İsrailin İranla müharibəsi qlobal şirkətlərə azı 25 milyard
dollara başa gəlib və bu rəqəm artmaqda davam edir.
"Reuters" agentliyinin münaqişə başlayandan bəri ABŞ, Avropa və
Asiya nəhənglərinin hesabatları əsasında apardığı təhlilə görə,
biznes dünyası enerjidaşıyıcıların kəskin bahalaşması, təchizat
zəncirinin qırılması və Hörmüz boğazının bağlanması səbəbindən
reallıqla üz-üzə qalıb.
Ən azı 279 qlobal şirkət zərəri
kompensasiya etmək üçün məhsul
qiymətlərini qaldırıb və istehsalı azaldıb. Bəzi korporasiyalar
dividendlərin ödənilməsini və səhmlərin geri satın alınmasını
(buyback) dayandırıb, işçiləri məcburi məzuniyyətə göndərib və
hökumətlərdən təcili maliyyə yardımı tələb edib. "Whirlpool"
şirkətinin baş icraçı direktoru Mark Bitzer vəziyyəti belə şərh
edib: "Sənayedəki bu geriləmə qlobal maliyyə böhranı dövrünə
bənzəyir və digər resessiyalardan daha ağırdır".
Məişət texnikası istehsalçısı artıq illik gəlir proqnozunu
yarıbayarı azaldıb və dividendləri dondurub.
"Procter&Gamble", Malayziyanın prezervativ istehsalçısı "Karex"
və Yaponiyanın avtomobil nəhəngi "Toyota" da hərbi əməliyyatların
yaratdığı xərc böhranı barədə xəbərdarlıq edib.
İranın Hörmüz boğazını bağlamasından sonra neftin bir barelinin
qiyməti 100 dolları ötüb. Bu, daşınma xərclərini kəskin artırıb,
xammal tədarükünü iflic edib və qlobal dəniz marşrutlarını tamamilə
pozub.
"Reuters" vurğulayır ki, araşdırılan şirkətlərin beşdə biri
müharibənin birbaşa maliyyə zərbəsinə məruz qaldığını bəyan edib.
Onların arasında kosmetika, təkər, yuyucu vasitələr
istehsalçılarından tutmuş, kruiz operatorları və aviaşirkətlərə
qədər onlarla fərqli sektor var. Ağır itkilər verən şirkətlərin
əksəriyyəti Böyük Britaniya və Avropada yerləşir ki, buralarda
enerji xərcləri müharibədən əvvəl də yüksək idi. Şirkətlərin
təxminən üçdə biri isə Yaxın Şərq neftindən kritik dərəcədə asılı
olan Asiya regionunun payına düşür.
Aviaşirkətlərin ümumi itkisi 15 milyard dollara çatıb, çünki
təyyarə yanacağının qiyməti təxminən iki dəfə artıb. Böhran
uzandıqca antirekordlar yenilənir: "Toyota" münaqişə səbəbindən 4.3
milyard dollarlıq zərər gözlədiyini, "Procter&Gamble" isə xalis
mənfəətinin 1 milyard dollar azalacağını açıqlayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.