Avropa İttifaqının (Aİ) sızdırılmış təhlükə qiymətləndirməsinə
görə, terrorçuluq və zorakı ekstremizm bloka ciddi təhlükə yaradır.
Əfqanıstan və İrandan qaynaqlanan risklər artır, Ukraynadakı
müharibənin mənfi təsirləri isə Avropaya yayılır. Sənəddə Aİ-də
təhdid səviyyəsinin "yüksək" olduğu, islamçı-cihadçı terrorçuluğun
əsas narahatlıq mənbəyi olaraq qaldığı qeyd edilir. "Europol" da
mart ayındakı qiymətləndirmədə terror təhlükəsini "kəskin"
adlandırıb.
İran, Əfqanıstan
23-səhifəlik sənəd Aİ
Şurası
tərəfindən hazırlanıb və 2025-ci ildəki inkişaf və tendensiyaları
əhatə edir. Hesabata görə, İrandakı eskalasiya "Avropada cavab
xarakterli terror hücumları törətmək üçün proksi şəbəkələrin və ya
gizli hüceyrələrin aktivləşdirilməsi" riskini artırıb. Bu riskin
böyük yəhudi və müsəlman icmalarının yaşadığı ölkələrdə yüksək
olduğu bildirilir.
Əfqanıstanla bağlı hissədə isə "İslam Dövləti – Xorasan
Vilayəti"nin qitə üçün əsas xarici təhdidlərdən biri olduğu
vurğulanır. Qruplaşmanın xüsusilə gəncləri hədəfləyən onlayn
təbliğat fəaliyyətini davam etdirdiyi qeyd olunur.
Terror təhlükəsi cildini dəyişir, amma...
Bu il
Avropada təsdiqlənmiş terror hücumlarının sayı çox olmasa da,
yaxınlarda Londonda iki yəhudi kişinin bıçaqlanması Britaniya
polisi tərəfindən terror hadisəsi kimi qiymətləndirilib. Hücuma
görə məsuliyyəti İran tərəfdarı islamçı "Hərəkat Əshab əl-Yəmin
əl-İslamiyyə" qruplaşması üzərinə götürüb. Qrupun İran İslam
İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələrinin olduğu güman
edilir.
Sızdırılmış sənəddə terror təhlükəsinin xarakterinin dəyişdiyi
vurğulanır: təşkilatlanmış terror şəbəkələri əvvəlki əməliyyat
imkanlarının böyük hissəsini itirsə də, fərdi şəxslərin ekstremist
ideologiyanın təsiri altında zorakılıq törətmək potensialı qalır.
İslamçı hücumlar əsasən bıçaq, küt alətlər, odlu silahlar,
əldəqayırma partlayıcı qurğular və nəqliyyat vasitələri ilə həyata
keçirilir.
Azyaşlıları radikal qruplardan necə
qorumalı
Narahatlıq yaradan tendensiyalardan biri
12-yaşlı uşaqların belə radikal qruplara cəlb edilməsidir. Bu
proses əsasən "Telegram" və "TikTok" kimi populyar onlayn
platformalar üzərindən idarə olunur. Hesabatda Aİ-yə həmin
platformaların tövsiyə alqoritmlərini məhdudlaşdırmağı tələb etmək
məsləhət görülür; bu, azyaşlıların ekstremist məzmunları tapmasını
və onlara qoşulmasını çətinləşdirəcək.
Rusiyanın Ukraynaya qarşı müharibəsinin Avropada terror təhlükəsinə
təsiri indiyədək məhdud olsa da, müharibə zonasından çıxan kiçik
silahlar və partlayıcı maddələrin orta və uzunmüddətli nəticələrə
səbəb olacağı barədə xəbərdarlıq edilir. Brüssel həmçinin Rusiyadan
keçmiş döyüşçülərin Aİ-yə daxil olaraq cinayət fəaliyyəti və ya
digər zorakı hərəkətlər törədə biləcəyindən narahatdır. Rusiya
Ukraynada döyüşmək üçün təxminən 180 min məhbusu cəlb edib. Bu
keçmiş döyüşçülərə Şengen zonasına giriş qadağasının tətbiqi ilə
bağlı təklifin iyunda veriləcəyi gözlənilir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.