“Robu, kaluqalı adamı, Serji və Qaqonu məhv edəcəyəm” – Paşinyan vətəndaşla qarşıdurma zamanı müxalifətçiləri hədəf aldı
Mayın 18-də Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Arabkir rayonunda seçki kampaniyası zamanı bir vətəndaşla qarşıdurma yaşayıb. Vəziyyət gərginləşib.
Orta yaşlı bir qadın – ehtimal ki, Qarabağ mənşəli – Nikol Paşinyana yaxınlaşaraq belə deyib:

“Sən mənim vətənimi oğurladın, bütöv bir nəsli məhv etdin, qardaşımı, sevincimi əlimdən aldın, bizi məhv etməyə çalışdın, amma bizi məhv edə bilmədin.”

Paşinyan cavabında deyib:
“Biz tibbi sığorta yaratdıq, biz dövlət yaratdıq”,
– lakin vətəndaş onun sözünü yenidən kəsərək bildirib:

“Siz bizi aldatmağa çalışdınız.”

“Məhv edəcəyəm”
Qarşıdurma davam edib. Paşinyan bir neçə müxalif siyasətçinin adını çəkərək onları “məhv edəcəyi” ilə hədələyib:

“Əgər mənə Robdan danışırsınızsa, mən Robu məhv edəcəyəm, Rob həbsxanaya düşəcək, Robu məhv edəcəyəm, kaluqalı adamı məhv edəcəyəm, Serji də, Qaqonu da məhv edəcəyəm”, – deyə o bildirib.

Burada o aşağıdakı şəxsləri nəzərdə tuturdu:
  • “Rob” – Ermənistanın keçmiş prezidenti Robert Koçaryan;
  • “Kaluqalı adam” – hazırda ev dustaqlığında olan erməni-rus milyarder Samvel Karapetyan. Paşinyan onu tez-tez “kaluqalı oliqarx” adlandırır (Kaluqa Rusiyada şəhərdir və Karapetyan uzun illər orada çalışıb);
  • “Serj” – Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan;
  • “Qaqo” – müxalif milyonçu iş adamı Qaqik Tsarukyan.

“Marionetlər”

Naməlum qadın Paşinyanı “ölkəni məhv etməkdə” ittiham edib. Baş nazir isə buna belə cavab verib:

“Ölkəni siz məhv etdiniz – Qarabağ aksenti ilə maskalanmış insanlar, videolar yayanlar... Siz qaçmış marionetlərsiniz! Maskalarınızı çıxarın! Ey qorxaqlar, döyüş meydanından qaçanlar... Maskalarınızı çıxarın, Robun marionetləri, Serjin marionetləri, Qaqonun marionetləri!”
  • 7 iyunda Ermənistanda parlament seçkiləri keçiriləcək;
  • Seçkilərə aylar qalmış Paşinyan ölkə üzrə səfərlərə başlayıb; qısa müddət əvvəl isə rəsmi seçki kampaniyasına start verib;
  • Kampaniya çərçivəsində o, Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini əks etdirən, Dağlıq Qarabağsız Ermənistan xəritəsinin miniatür modellərini və xəritə formasında yaxa nişanları paylayır; bu, Nikol Paşinyanın siyasi konsepsiyasında nəzərdə tutulan “həqiqi Ermənistan” anlayışını simvolizə edir;
  • Paşinyan artıq bir neçə dəfə vətəndaşlarla açıq qarşıdurma yaşayıb. Belə epizodlardan birində, martın 23-də yaşanan gərginlikdən sonra üzr istəyib – həmin vaxt da Qarabağdan köçkün düşmüş bir qadınla mübahisə etmişdi.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google