“Lelo – Güclü Gürcüstan” koalisiyası “ədalətli və genişmiqyaslı” amnistiya təşəbbüsü ilə çıxış edib
“Lelo – Güclü Gürcüstan” koalisiyası “ədalətli və genişmiqyaslı” amnistiya təşəbbüsü ilə çıxış edib. Bu barədə koalisiya üzvü Lana Qaldava bildirib.

“Bu gün Gürcüstan həbsxanaları siyasi motivlə həbs edilmiş insanlarla doludur. Hər gün vətəndaşlar drakon xarakterli və antidemokratik qanunlar əsasında saxlanılır [...] Bu, ədalət deyil, siyasi təqibdir.

Buna görə hesab edirik ki, genişmiqyaslı və ədalətli amnistiya cəmiyyətin
barışması, siyasi gərginliyin azaldılması və humanist dövlətə doğru atılan mühüm addım olmalıdır [...]

Qütbləşməyə son qoymaq, mövcud olduqca ağır siyasi vəziyyəti yumşaltmaq və ölkə üçün yeni siyasi məkan açmaq məqsədilə, “Lelo – Güclü Gürcüstan” təşəbbüslə çıxış edir ki, ədalətli və genişmiqyaslı amnistiya elan olunsun”,
– deyə Qaldava bildirib.

Bundan əlavə, Lana Qaldava qeyd edib ki, penitensiar sistemdə fundamental islahatların aparılması zəruridir.

“Gürcüstanda həm penitensiar müəssisələrdə saxlanılan məhbusların sayı, həm də azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaların göstəricisi kritik dərəcədə yüksəkdir [...]

Penitensiar sistemin təcili və fundamental şəkildə islah olunması həyati əhəmiyyət daşıyır. Sistem faktiki olaraq dağılmış vəziyyətdədir. Məhbusların hüquqları, qidalanma şəraiti, gündəlik yaşayış və təhlükəsizlik mühiti ağır durumdadır”,
– deyə Qaldava vurğulayıb.

Mənbə: Tabula


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google