“Lelo – Güclü Gürcüstan” koalisiyası “ədalətli və genişmiqyaslı”
amnistiya təşəbbüsü ilə çıxış edib.
Bu barədə koalisiya üzvü Lana Qaldava bildirib.
“Bu gün Gürcüstan həbsxanaları siyasi motivlə həbs
edilmiş insanlarla doludur. Hər gün vətəndaşlar drakon xarakterli
və antidemokratik qanunlar əsasında saxlanılır [...] Bu, ədalət
deyil, siyasi təqibdir.
Buna görə hesab edirik ki, genişmiqyaslı və ədalətli amnistiya
cəmiyyətin barışması, siyasi gərginliyin azaldılması və humanist
dövlətə doğru atılan mühüm addım olmalıdır [...]
Qütbləşməyə son qoymaq, mövcud olduqca ağır siyasi vəziyyəti
yumşaltmaq və ölkə üçün yeni siyasi məkan açmaq məqsədilə, “Lelo –
Güclü Gürcüstan” təşəbbüslə çıxış edir ki, ədalətli və
genişmiqyaslı amnistiya elan olunsun”, – deyə Qaldava
bildirib.
Bundan əlavə, Lana Qaldava qeyd edib ki, penitensiar sistemdə
fundamental islahatların aparılması zəruridir.
“Gürcüstanda həm penitensiar müəssisələrdə saxlanılan
məhbusların sayı, həm də azadlıqdan məhrumetmə ilə bağlı olmayan
cəzaların göstəricisi kritik dərəcədə yüksəkdir [...]
Penitensiar sistemin təcili və fundamental şəkildə islah olunması
həyati əhəmiyyət daşıyır. Sistem faktiki olaraq dağılmış
vəziyyətdədir. Məhbusların hüquqları, qidalanma şəraiti, gündəlik
yaşayış və təhlükəsizlik mühiti ağır durumdadır”, –
deyə Qaldava vurğulayıb.
Mənbə: Tabula
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.