Xobidə insan sağlamlığı üçün təhlükəli olan ət məhsullarının satışa çıxarılmasının qarşısı alınıb
Milli Qida Agentliyinin Sameqrelo–Yuxarı Svaneti üzrə inspektorları və Gürcüstan Daxili İşlər Nazirliyinin Xobi rayon idarəsinin əməkdaşlarının birgə keçirdiyi tədbir nəticəsində sağlamlıq üçün təhlükə yaradan ətin realizə olunması cəhdi aşkarlanıb.

Qurumun məlumatına görə, hüquq-mühafizə orqanları şəxsi avtomobili ilə 85 kiloqram iri buynuzlu heyvan əti və əlavə məhsullar — dəri, baş-ayaq hissələri, daxili orqanlar və digər məhsulları daşıyan şəxsi
müəyyən ediblər. Avtomobildə həmçinin emal olunmamış heyvan başı da aşkarlanıb.

Yoxlama zamanı məlum olub ki, heyvan məcburi təhlükəsizlik qaydaları pozularaq, kəsim məntəqəsindən kənarda və baytarlıq nəzarəti olmadan kəsilib. Bundan əlavə, ətin orqanoleptik göstəricilərinin müəyyən olunmuş standartlara uyğun olmadığı müəyyən edilib.

Qanunvericiliyə uyğun olaraq, həmin şəxs cərimələnib, götürülən ət isə məhv edilməsi məqsədilə möhürlənib.

Milli Qida Agentliyi bildirir ki, baytarlıq nəzarəti olmadan heyvan kəsimi insan sağlamlığı və həyatı üçün ciddi təhlükə yaradır, həmçinin zoonoz xəstəliklərin, o cümlədən qarayara və brusellyozun yayılması riskini artırır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google