Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev ilə görüşüb.
Görüşdə tərəflər iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq
münasibətlərini və müxtəlif sahələrdə əməkdaşlığın
genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Ticarət-iqtisadi əlaqələrin dinamikası və bu xüsusda
Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının rolu qeyd
olunub. Gürcüstan tərəfi yaxın vaxtlarda komissiyanın növbəti
iclasına ev sahibliyi etməyə hazır olduğunu bildirib. Liderlər
həmçinin regional
geosiyasi çağırışlar və Gürcüstanla Azərbaycanın
birgə icra etdiyi layihələr barədə danışıblar.
Görüşün yekununda iki ölkə arasında energetika və nəqliyyat
sektorlarında sənədlər paketi imzalanıb:
Gürcüstan və Azərbaycan arasında elektrik enerjisinin tədarükü və
tranziti üzrə əsas şərtləri müəyyən edən 20 illik hökumətlərarası
müqavilə imzalanıb.
Azərbayandan qazın alqı-satqısı ilə bağlı 2003-cü ildə bağlanmış
müqavilənin müddəti sosial qaz təchizatı ilə bağlı olaraq daha 20
il uzadılıb. Gürcüstan tərəfdən sənədləri iqtisadiyyat və davamlı
inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycan tərəfdən isə
iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz
Şahbazov imzalayıblar.
Bakı-Tbilisi-Qars dəmir yolunun yeni sahəsinin tam istismara
verilməsini nəzərdə tutan ikitərəfli Əlaqələndirmə Şurasının
protokolu imzalanıb. Sənədə Mariam Kvrivişvili və rəqəmsal inkişaf
və nəqliyyat naziri Rəşad Nəbiyev imza atıblar.
Əldə olunmuş razılaşmaya əsasən, 6 illik fasilədən sonra Tbilisi və
Bakı arasında hər gün fəaliyyət göstərəcək sərnişin qatarlarının
hərəkəti mayın 26-dan etibarən bərpa olunacaq. Sənədlərin imzalama
mərasimində İrakli Kobaxidze və İlham Əliyev iştirak ediblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.