ABŞ prezidenti Donald Tramp deyir ki, Tehranla razılaşma əldə
olunmasa, yaxın günlərdə İrana yeni hərbi zərbələr endirilə bilər.
Tramp mayın 19-da Ağ evin yeni ziyafət zalının tikinti
meydançasında danışıb. O, bundan əvvəl İrana zərbə əmrini verməyə
cəmi bir saat qalmış hücumu təxirə saldığını bildirib.
Prezident mayın 18-də “Truth Social”da yazıb ki, Qətər, Səudiyyə
Ərəbistanı
və Birləşmiş Ərəb Əmirliklərinin liderlərinin ona hücumu
təxirə salmağı tövsiyə edib, "müqavilə bağlanacağını" deyiblər.
İranın razılığa gəlməsi üçün ona nə qədər vaxt verəcəyi sualına isə
Tramp "iki-üç gün" deyib.
"Bəlkə cümə, şənbə, bazar günü, bəlkə də gələn həftənin
əvvəli", – deyən Tramp əlavə edib ki, vaxt məhduddur,
çünki "onların (İranın) nüvə silahı əldə etməsinə icazə verə
bilmərik".
Tramp aprelin 8-də müvəqqəti atəşkəs elan edib. Mayın 22-də isə
münaqişədə vasitəçilik edən Pakistanın xahişi ilə atəşkəsi
qeyri-müəyyən müddətə uzatdığını bildirib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.