CENTCOM: 90-a yaxın gəmi marşrutunu dəyişməli olub
Yaxın Şərqdəki ABŞ qüvvələrinə cavabdeh olan ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, İrana qarşı dəniz blokadası tətbiq edildikdən sonra Amerika qüvvələri 89 gəmini öz marşrutunu dəyişməyə məcbur edib.

CENTCOM mayın 19-da "X" sosial şəbəkəsində yaydığı bəyanatda İran limanlarına ticarət axınının qarşısını almaq üçün blokadanın qətiyyətlə davam etdirildiyini vurğulayıb.


ABŞ İranla Pakistanda keçirilən üzbəüz danışıqların
uğursuz başa çatmasından sonra, aprelin 13-də İran limanlarına qarşı dəniz blokadasına başlayıb. Həmin danışıqlar atəşkəs elan olunmasından bir neçə gün sonra təşkil edilmişdi. Tərəflərin sonradan bir-birinə qarşılıqlı zidd təkliflər irəli sürməsi səbəbindən bu diplomatik cəhdlər nəticəsiz qalıb.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hava zərbələrinə başlayandan sonra rəsmi Tehran Hörmüz boğazını bağlayıb. Bu addım isə regionda enerji təhlükəsizliyi və qlobal dəniz nəqliyyatı ilə bağlı narahatlıqları ciddi şəkildə artırıb.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google