Heyvandarlıqla məşğul olan şəxslər Rustavi şosesi yaxınlığında etiraz aksiyası keçiriblər
Bu gün, 20 may tarixində heyvandarlıqla məşğul olan şəxslər Rustavi şosesi yaxınlığında etiraz aksiyası keçiriblər. Etiraza səbəb qoyun sürülərinin hərəkəti üçün nəzərdə tutulan yolların və keçidlərin olmaması olub.

Aksiya iştirakçıları bildiriblər ki, mövsümlə əlaqədar mal-qaranı yaylaqlara aparırlar, lakin sürülərin hərəkəti üçün uyğun marşrutun olmaması ciddi problemlər yaradır.

“Mautskebeli” mediasının yayımladığı məlumata görə, aksiyada iştirak edənlərin əksəriyyəti
Saqareco rayonunun Yormuğanlı kəndinin sakinləri olub. Onlar iddia edirlər ki, mal-qaranın keçdiyi ərazilər sahibkarlar tərəfindən alınıb və özəlləşdirilib. Onların sözlərinə görə, torpaq sahibləri həmin ərazilərdən keçmək üçün fermerlərdən ödəniş tələb edirlər.

Hər il heyvandarlıqla məşğul olan fermerlər qışlaqdan yaylağa gedib-gəlirlər. Etirazçılar bildirirlər ki, hazırda onların qarşısında iki seçim var – ya qoyun sürülərini Tbilisi–Qırmızı Körpü avtomagistralı ilə aparmaq, ya da şəxsi torpaq sahələrindən keçmək üçün ödəniş etmək.

“Mautskebeli” nin məlumatına əsasən, əraziyə toplaşanların əksəriyyəti Qaraçöp bölgəsindən olan fermerlərdir. Sakinlərin sözlərinə görə, bu problem hər il yaylaq mövsümündə təkrarlanır. Onlar bildirirlər ki, bəzi sahibkarlar fermerlərdən pul tələb edir və əks təqdirdə, onların ərazidən keçməsinə icazə vermirlər.

Hadisə yerinə patrul polisi də cəlb olunub.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google