Tramp İrana zərbələrlə hədələyir, strateji dilemma qalır
08:42 / 21.05.2026
ABŞ prezidenti Donald Tramp İranla əldə olunmuş atəşkəsin
Vaşinqtonun hərbi zərbələri ilə pozula biləcəyini iki gün ərzində
dəfələrlə gündəmə gətirib.
Təhlilçilər və siyasətçilər Ağ evdən gələn bu siqnalları diqqətlə
izləyirlər.
Tramp mayın 18-də "Truth Social" platformasında yazıb ki, Qətər,
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ)
liderləri diplomatiyaya daha çox şans tanımaq üçün ondan mayın
19-na planlaşdırılan
hərbi hücumu təxirə salmağı xahiş ediblər.
Mayın 19-da isə o, hücumun "cümə, şənbə, bazar və ya gələn həftənin
əvvəlində" baş verə biləcəyini söyləyib. Bu açıqlama İran
ətrafındakı hərbi-siyasi ritorikanı daha da kəskinləşdirib.
Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin respublikaçı
üzvü Don Beykon bu bəyanatdan bir neçə saat sonra AzadlıqRadiosuna
bildirib ki, yeni hərbi əməliyyatlar həqiqətən də qaçılmaz ola
bilər. "Tehranın nüvə silahı olmamalıdır. Məncə, hərbi
gücə əl atmaq lazımdır", – deyə o vurğulayıb.
Beykon həmin gün Senatda keçirilən ilk prosedur səsverməsində İrana
əlavə zərbələr endirilməsi üçün Konqresin icazəsini tələb edən
qanunvericilik təşəbbüsünü dəstəkləyib.
Trampın yaxın müttəfiqi olan və bu qətnamənin əleyhinə səs verən
senator Lindsi Qrem isə daha sərt hərbi tədbirlərin tərəfdarı kimi
çıxış edir. O, Trampın son bəyanatlarından sonra sosial şəbəkədə
yazıb: "İran rejiminin razılaşma əldə etmək üçün
aylarla vaxtı var idi, lakin mənə elə gəlir ki, onlar sadəcə vaxt
qazanmaq üçün oyun oynayırlar".
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper
isə Konqresin Silahlı Qüvvələr Komitəsindəki dinləmələrdə
qətiyyətli mövqe nümayiş etdirib: "Bizim vəzifəmiz əmrə hazır
olmaqdır və biz tam hazırıq".
Strateji dilemma
Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS)
analitiki Mark Kansian bildirib ki, Körfəzdən çıxan neftin və İrana
daxil olan malların blokadası sonsuza qədər davam edə bilməz:
"Administrasiyanın böhrandan çıxış yolu axtardığına heç
bir şübhə yoxdur. Onlar bu münaqişəni tamamilə bitirmək
istəyirlər".
İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun İran üzrə
baş tədqiqatçısı Denni Tsitrinoviç isə mövcud vəziyyətin regiondakı
bir neçə mühüm dinamikanı üzə çıxardığını qeyd edib. Onun fikrincə,
Tehranın Fars körfəzi ölkələrinə qarşı çəkindirmə siyasəti effektiv
işləyir; region hökumətləri getdikcə daha çox o qənaətə gəlirlər
ki, nə onların şəxsi hərbi imkanları, nə də ABŞ-nin çətiri İranın
irimiqyaslı cavab zərbələrinin qarşısını ala bilər.
Müharibə dövründə İranın hücumlarının əsas ağırlığı məhz Körfəz
ölkələrinin üzərinə düşüb. Hətta BƏƏ birbaşa hərbi əməliyyatlarda
iştirak edən İsraildən daha çox hədəfə alınıb.
"Regionda belə bir rəy güclənir ki, İran rejimi mövcud
kampaniyadan sağ çıxmağı bacarıb və əlavə hərbi əməliyyatlar
strateji reallığı köklü şəkildə dəyişməyəcək", - deyə
Tsitrinoviç vurğulayır.
Təhlilçi əlavə edir ki, Trampın mayın 18-də zərbələri təxirə salmaq
qərarı strateji dönüşdən ziyadə, taktiki pauza təsiri bağışlayır.
Çünki sülh danışıqlarında mənalı bir kompromis əldə olunmasa, eyni
dilemma prezident Trampın qarşısına daha kəskin formada
çıxacaq.
Diplomatiya maneələrlə üzləşir Beynəlxalq
Böhran Qrupunun İran layihəsi üzrə direktoru Əli Vaez də bu
qiymətləndirmə ilə razılaşır. "Radio Fərda"ya danışan ekspert
bildirib ki, tərəflərin ikinci dərəcəli məsələlərdə müəyyən ortaq
məxrəcə gəlməsi real görünür.
Vaez İranın xarici işlər naziri Abbas Əraqçinin ötən həftə BRICS
sammitində verdiyi siqnalları xatırladır. Nazir Tehranın 60 faiz
zənginləşdirilmiş uran ehtiyatını üçüncü bir ölkəyə – böyük
ehtimalla Rusiyaya – ötürə biləcəyinə eyham vurmuşdu. Amma
Vaşinqton bu materialın birbaşa Birləşmiş Ştatlara təhvil
verilməsində israr edir.
Ümumilikdə isə nüvə proqramının gələcəyi və Hörmüz boğazının
statusu kimi fundamental məsələlərdə tərəflər arasında ciddi uçurum
qalmaqdadır. Vaezin qənaətinə görə, ABŞ-nin İran limanlarına tətbiq
etdiyi dəniz blokadası Vaşinqtondakı tərəfdarlarının düşündüyü
qədər həlledici təzyiq rıçaqı rolunu oynamayacaq. Apreldə blokada
başlayanda bəzi dairələr İranın bir neçə günə kapitulyasiya
edəcəyini proqnozlaşdırsa da, bu ssenari reallaşmadı.
Ekspert hesab edir ki, İslam Respublikası iqtisadi sıxıntıların
ağırlığını öz əhalisinin üzərinə yıxmaqdan çəkinmir və güclü
repressiya aparatı vasitəsilə daxili nəzarəti qoruya bilir. Bu
səbəbdən, hətta iqtisadiyyatın tamamilə çökməsi belə, Tehranın
siyasi baxımdan diz çökməsi ilə nəticələnməyə bilər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.