Kutaisidə qəsdən adam öldürməyə cəhd ittihamı ilə bir nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin Kutaisi Şəhər İdarəsinin əməkdaşları tərəfindən qəsdən adam öldürməyə cəhd ittihamı ilə keçmişdə məhkum olunmuş şəxs isti izlərlə saxlanılıb.



İstintaqın versiyasına görə, təqsirləndirilən şəxs Kutaisidə aralarında yaranmış mübahisə zəminində soyuq silahdan istifadə edərək bir kişinin döş qəfəsi nahiyəsinə xəsarət yetirib və hadisə yerindən qaçıb. Yaralı vətəndaş tibbi yardım göstərilməsi məqsədilə dərhal klinikaya
yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən qısa müddətdə yaxalanıb. Qeyd etmək lazımdır ki, konstitusiya ilə təmin edilən təqsirsizlik prezumpfiyasına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü ilə şəxsin təqsirliliyi sübuta yetirilməyincə, o, təqsirsiz sayılır.

Hazırda faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhdi nəzərdə tutan 19-108-ci maddəsi ilə istintaq aparılır. Sözügedən maddə cəza növü kimi 15 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.


 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google