DİN narkotik cinayəti ittihamı ilə 12 nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi,
saxlanılması, satışına şərait yaradılması və tərkibində narkotik maddə olan bitkilərin qanunsuz kultifikasiyası ittihamı ilə 12 nəfər saxlanılıb. Saxlanılanlar arasında həm keçmişdə məhkum olunmuş şəxslər, həm də Gürcüstan və xarici ölkə vətəndaşları var.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən intensiv rejimdə keçirilmiş istintaq tədbirləri nəticəsində,
təqsirləndirilən şəxslərin şəxsi və yaşayış evlərində aparılan axtarışlar, eləcə də istintaq eksperimenti zamanı onların göstərdiyi yerlərdən satış üçün hazırlanmış külli miqdarda narkotik vasitə və psixotrop maddələr maddi sübut kimi götürülüb. Müsadirə edilən maddələr arasında bir kiloqrama yaxın "mefedron", "ketamin", "MDMA", "metadon", "alfa-PVP", tərkibində psilosin olan göbələk, tərkibində morfin olan həblər, "preqabalin", "haşiş", "tetrahidrokannabinol" və "marixuana" var.

Saxlanılanlar arasında elə şəxslər var ki, onların ifşası məqsədilə polis adlarına göndərilən bağlamaların nəzarətli şəkildə dəyişdirilməsini həyata keçirib və külli miqdarda narkotik vasitəni bu üsulla da maddi sübut kimi dövriyyədən çıxarıb. Bundan başqa, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xüsusi avadanlıqlarla təchiz olunmuş istixanalar aşkar edilib ki, burada külli miqdarda "çətənə" (kannabis) narkotik bitkisinin qanunsuz becərilməsi və kultifikasiyası həyata keçirilirdi. İstintaq hərəkətləri nəticəsində, həmçinin narkotik vasitələrin qablaşdırılması və kultifikasiyası üçün zəruri olan müvafiq materiallar da müsadirə olunub.

Hazırda faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 19-260-cı və 265-ci prima maddələri ilə istintaq aparılır ki, bu da cəza növü və həddi olaraq 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.




Print Email
FaceBook Twitter Google