Quldurluq, oğurluq və dələduzluqda ittiham olunan 6 yeniyetmə saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə Baş İdarəsinin əməkdaşları müxtəlif vaxtlarda qrup halında törədilmiş quldurluq, oğurluq və dələduzluq faktları ilə bağlı 6 yeniyetməni saxlayıblar.

Qurumun məlumatına görə, saxlanılanlardan dördü əvvəllər məhkum olunub və hazırda şərti cəza altındadır.

İstintaq zamanı müəyyən edilib ki, yeniyetmələr əvvəlcədən razılaşaraq qrup şəklində fəaliyyət göstərib, qanunsuz
mənimsəmə məqsədilə Tbilisidə yerləşən aptek və ərzaq mağazaları şəbəkələrindən müxtəlif dəyərdə məhsullar oğurlayıblar. Daha sonra isə hadisə yerindən uzaqlaşmağa nail olublar.

Araşdırma zamanı həmçinin məlum olub ki, təqsirləndirilən şəxslərdən biri vətəndaşa məxsus mobil telefonu dələduzluq yolu ilə ələ keçirib.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, yeniyetmələrin törətdiyi qanunsuz əməllər nəticəsində müxtəlif ticarət obyektlərinə ümumilikdə 30 min lariyə yaxın maddi ziyan dəyib.

İstintaq çərçivəsində onlarla ticarət obyektinin müşahidə kameralarının görüntüləri əldə olunub. İstintaqın məlumatına görə, həmin görüntülər təqsirləndirilən şəxslərin cinayət əməllərini təsdiqləyir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 178-ci (quldurluq), 177-ci (oğurluq) və 180-ci (dələduzluq) maddələri ilə istintaq aparılır. Həmin maddələr 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google