Mestiada son 3 gün ərzində 212 mayner cihazı müsadirə edilib
Gürcüstan Daxili İşlər Nazirliyinin Sameqrelo–Yuxarı Svaneti Polis Departamentinin əməkdaşları Mestia bələdiyyəsində enerji resurslarından istifadə qaydalarının pozulması faktları üzrə başladılan istintaq çərçivəsində aparılan axtarışlar nəticəsində əlavə 17 ədəd “mayner” cihazı aşkar edərək müsadirə ediblər.

Qurumun məlumatına görə, son üç gün ərzində müsadirə olunan “mayner” cihazlarının ümumi sayı 212-yə çatıb.

İstintaq nəticəsində aydın olub ki, bu avadanlıqlar vasitəsilə yerli
sakinlər külli miqdarda elektrik enerjisindən qanunsuz və hüquqa zidd şəkildə istifadə edərək mütəmadi olaraq kriptovalyuta hasil edib və qeyri-qanuni gəlir əldə ediblər.

Hüquq-mühafizə orqanları cinayətdə iştirak etmiş digər şəxslərin müəyyən olunması və onlara qarşı müvafiq hüquqi tədbirlərin görülməsi məqsədilə istintaq hərəkətlərini davam etdirirlər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 229¹-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə istintaq aparılır. Həmin maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google