Çuğuretidə bıçaqlı kişi polis tərəfindən saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları paytaxtın Çuğureti rayonunda patrul xidməti zamanı bıçaqla silahlanmış bir şəxsi saxlayıblar.

Qurumun məlumatına görə, patrul-inspektorları həmin şəxsi müşahidə ediblər. O, yaxınlıqda olan bir nəfərə xəsarət yetirərək onu bıçaqla təqib etməyə davam edib.

Hüquq-mühafizəçilər ona hərəkəti dayandırmaq barədə çağırış ediblər, lakin həmin şəxs polis əməkdaşlarının qanuni
tələbinə tabe olmayıb, aqressiv davranaraq onlara hücum edib. O, patrul-inspektorlardan birini bıçaqla yaralayıb və hadisə yerindən qaçmağa cəhd göstərib.

Polis əməkdaşları həyata keçirdikləri təqib nəticəsində onu yaxınlıqda saxlayıblar.

Yaralanan vətəndaş və xəsarət alan patrul-inspektor tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib. Onların həyatına təhlükə olmadığı bildirilir.

Cinayətdə istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci və 353-cü prim maddələri ilə istintaq aparılır. Həmin maddələr 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google