Batumi şəhərində qəsdən adamöldürmə və silahın qanunsuz gəzdirilməsi ittihamı ilə bir nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Acariya Polis Departamentinin əməkdaşları qəsdən adamöldürmə və odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və gəzdirməsi ittihamı ilə bir nəfəri saxlayıblar.

İstintaq nəticəsində aydın olub ki, təqsirləndirilən şəxs cari ilin 31 may tarixində Batumidə tanış olduğu bir kişiyə odlu silahdan atəş açaraq çoxsaylı güllə yarası yetirib və hadisə yerindən qaçıb.

Yaralanan kişi xəstəxanaya
çatdırılmadan həyatını itirib.

Hüquq-mühafizə orqanları aparılan istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsi məhkəmənin qərarı əsasında saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci və 236-cı maddələri ilə istintaq aparılır. Həmin maddələr 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google